Prezident İlham Əliyev Binəqədi rayonu ərazisində tikilən yeni məscid kompleksində inşaat işlərinin gedişi ilə tanış olmuşdur

 

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonu ərazisində tikilən yeni məscid kompleksində aparılan inşaat işlərinin gedişi ilə tanış olmuşdur.

Prezident İlham Əliyevə məscid kompleksinin layihəsi əsasında görülən işlərlə bağlı məlumat verildi.

Dövlətimizin başçısı ayrı-ayrı inşaat sahələrini gəzdi, tikintinin gedişi ilə yaxından tanış oldumüvafiq tapşırıqlarını verdi.

 

Azərbaycan.-2014.-27 aprel.-S.1.