Azərbaycan Prezidenti İlham Əliyev Andorranın keçmiş
Baş naziri Oskar Ribas Reyqi qəbul
etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da
Andorra Knyazlığının keçmiş Baş naziri
Oskar Ribas Reyqi qəbul etmişdir.
Görüşdə
Azərbaycan Respublikası ilə Andorra Knyazlığı
arasında ikitərəfli münasibətlərin inkişaf
etdirilməsi üçün yaxşı imkanların
olduğu vurğulandı, Bakıda keçiriləcək II
Qlobal Açıq Cəmiyyətlər Forumunun beynəlxalq əməkdaşlığın
genişləndirilməsinə töhfəsini verəcəyinə
əminlik ifadə olundu.
Azərbaycan.-2014.-27 aprel.-S.1.