«Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikasının

 Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununu nəzərə alaraq qərara alır:

"Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, ¹23, maddə 1013; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹1, maddə 6, ¹3, maddə 226, ¹4, maddə 280; 2000, ¹7, maddə 489; 2001, ¹11, maddə 686, ¹12, maddə 736; 2002, ¹5, maddələr 241, 248; 2003, ¹1, maddələr 1, 16, ¹12, I kitab, maddə 673; 2006, ¹8, maddə 657; 2007, ¹8, maddə 745, ¹10, maddə 938; 2008, ¹2, maddə 49, ¹5, maddə 348; 2010, ¹4, maddə 276; 2013, ¹11, maddə 1283) aşağıdakı dəyişikliklər edilsin:

1. 6-cı maddənin birinci hissəsinin on dördüncü abzasında "sığorta" sözündən əvvəl "könüllü" sözü əlavə edilsin;

2. 11-ci maddənin 5-ci hissəsinin üçüncü abzasında "qanunvericilikdə" sözü "qanunla" sözü ilə əvəz edilsin;

3. 15-ci maddədə "qanunvericiliyə" sözü "qanuna" sözü ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 4 aprel 2014-cü il

Azərbaycan.-2014.-27 aprel.-S.2.