Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 fevral tarixli 28 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsinin  daxil edilməli olduğu həmin  şəxslərin  uçotunun aparıldığı digər dövlət informasiya sistemlərinin Siyahısı"nda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 85                    Bakı şəhəri, 19 mart 2014-cü il

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 fevral tarixli 28 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 2, maddə 109, ¹ 5, maddə 434, ¹ 7, maddə 672; 2009, ¹ 10, maddə 846; 2010, ¹ 4, maddə 355, ¹ 8, maddə 769) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsinin daxil edilməli olduğu həmin şəxslərin uçotunun aparıldığı digər dövlət informasiya sistemlərinin Siyahısı"na aşağıdakı məzmunda on yeddinci abzas əlavə edilsin:

"Hüquqi fiziki şəxslərə verilmiş torpaq sahələri üzrə informasiya ehtiyatı (Dövlət Torpaq Xəritəçəkmə Komitəsi).".

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2014.- 1 aprel.- S.1.