Azərbaycan Dünya Telekommunikasiya

 Konfransında təmsil olunmuşdur

 

 

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov martın 28-dən 30-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən təşkil olunan ənənəvi Dünya Telekommunikasiya Konfransının açılış sessiyasında iştirak etmişdir.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bidlirmişlər ki, dörd ildən bir keçirilən budəfəki tədbir genişzolaqlı internetintelekommunikasiya xidmətlərinin inkişafına həsr olunmuşdur.

Nazir Əli Abbasov plenar sessiyada keçirilən iclasda çıxış edərək, ölkə rəhbərliyinin dəstəyi ilə həyata keçirilən işlər, o cümlədən beynəlxalq əhəmiyyətli regional layihələr barədə məlumat vermişdir. TASİM-“Trans-Avrasiya Super İnformasiya Magistralı” və EPEG- “Avropa-Yaxın Şərq İnformasiya Magistralı” layihələrinin beynəlxalq əhəmiyyətindən danışan nazir, həmçinin təhsildə informasiya-kommunikasiya texnologiyalarının inkişafından söz açmışdır.

Konfransda BTİ-yə üzv olan 36 ölkənin naziri və 2000-ə yaxın nümayəndəsi iştirak etmişdir.

Konfrans işini aprelin 10-dək davam etdirəcək və sonda bəyannamə qəbul olunacaqdır.

Tədbir çərçivəsində nazir Əli Abbasov İran, Polşa, Misir və Uqandanın sektor üzrə aidiyyəti nazirləri, həmçinin BTİ-nin baş katibionun müavini, telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkət rəsmiləri ilə görüşlər keçirmişdir.

 

Azərbaycan.-2014.- 1 aprel.- S.2.