Ekologiya və təbii sərvətlər naziri İmişli

 şəhərində vətəndaşları qəbul etmişdir

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq martın 31-də ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində Saatlı, İmişli, Sabirabad və Beyləqan rayonlarından olan vətəndaşları qəbul etmişdir.

AzərTAc xəbər verir ki, nazirliyin idarə və departament, həmçinin tabeli qurumlarının rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşların müraciətləri əsasən biomüxtəliflik, ekoloji tarazlığın qorunması, hidrometeorologiya, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağlı olmuşdur.

Nazir H.Bağırov qəbula gəlmiş 50-dən çox vətəndaşın hər birinin müraciətini diqqətlə dinləmişdir. Qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun sürətdə diqqətlə araşdırılması və həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir.

Müraciətlərin bir qismi yerindəcə öz həllini tapmışdır. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmış və nəzarətə götürülmüşdür.

 

Azərbaycan.-2014.- 1 aprel.- S.2.