"Dövlət
mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında
satılmamış qalan, yaxud mülki dövriyyədə
olmasına yol verilməyən və mülki dövriyyəsi
məhdudlaşdırılmış mallar, həmçinin
tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində
sərəncam verilməsi Qaydaları"nın
təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 88 Bakı şəhəri,
19 mart 2014-cü il
"Azərbaycan
Respublikası Gömrük Məcəlləsinin təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi
barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci
il 15 sentyabr tarixli 499 nömrəli fərmanının 1.2.14-cü
yarımbəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
"Dövlət mülkiyyətinə
keçirilmiş və gömrük hərraclarında
satılmamış qalan, yaxud mülki dövriyyədə
olmasına yol verilməyən və mülki dövriyyəsi
məhdudlaşdırılmış mallar, həmçinin
tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində
sərəncam verilməsi Qaydaları" təsdiq edilsin (əlavə
olunur).
Artur
RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2014-cü il 19
mart tarixli 88 nömrəli qərarı ilə təsdiq
edilmişdir
Dövlət mülkiyyətinə keçirilmiş və
gömrük hərraclarında
satılmamış qalan, yaxud
mülki dövriyyədə olmasına
yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış
mallar, həmçinin tez xarab olan və saxlanc müddəti
keçmiş mallar barəsində sərəncam verilməsi
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu
Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin
(bundan sonra – Gömrük Məcəlləsi) 330.2-ci maddəsinə
əsasən hazırlanmışdır və dövlət
mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında
satılmamış qalan, yaxud mülki dövriyyədə
olmasına yol verilməyən və mülki dövriyyəsi
məhdudlaşdırılmış mallar, həmçinin
tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində
sərəncam verilməsi qaydalarını müəyyən
edir.
1.2.
Mülki dövriyyədə olmasına yol verilməyən və
mülki dövriyyəsi məhdudlaşdırılmış
malların siyahısı Azərbaycan Respublikasının
“Mülki dövriyyədə olmasına yol verilməyən
(mülki dövriyyədən çıxarılmış) əşyaların
siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən
iştirakçılarına mənsub ola
bilən və dövriyyədə olmasına xüsusi icazə
əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış)
əşyaların siyahısı haqqında” qanunları ilə,
tez xarab olan malların siyahısı isə bu Qaydalarla müəyyən
edilir.
2.
Dövlət mülkiyyətinə keçirilmiş və
gömrük hərraclarında
satılmamış qalan mallar barəsində sərəncam
verilməsi
2.1. Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinin (bundan
sonra – Komitə), Azərbaycan Respublikası Maliyyə Nazirliyinin
və gömrük hərracının təşkilatçısının
əməkdaşlarının daxil olduğu 5 (beş)
nəfərdən ibarət hərrac komissiyası tərəfindən
dövlət mülkiyyətinə keçirilmiş
malların gömrük hərraclarında satılmaması
barədə protokol tərtib edilir. Protokol
komissiya üzvləri tərəfindən imzalanır.
2.2.
Dövlət mülkiyyətinə keçirilmiş və
gömrük hərraclarında satılmamış qalan mallar
barəsində sərəncam verilməsi üçün hərrac
komissiyası tərəfindən müvafiq protokol tərtib
edildiyi gündən 3 (üç) iş günü müddətində
Komitəyə protokolun surəti əlavə edilməklə
müraciət olunur. Müraciətdə
dövlət mülkiyyətinə keçirilmiş
malların gömrük hərraclarında
satılmamasının səbəbləri göstərilməlidir.
2.3.
Müraciət daxil olduğu gündən 3 (üç)
iş günü müddətində Komitənin sədri və
ya onu əvəz edən şəxs tərəfindən
dövlət mülkiyyətinə keçirilmiş və
gömrük hərraclarında satılmamış qalan mallar
barəsində bu Qaydaların 2.4-cü-2.8-ci bəndlərinin
tələblərinə müvafiq olaraq sərəncam verilir.
2.4. Mallar
barəsində sərəncam verilməsi malların
xüsusiyyətləri nəzərə alınmaqla,
aşağıdakı formalarda həyata keçirilir:
2.4.1. əvəzsiz olaraq aidiyyəti dövlət
orqanlarına vermə;
2.4.2. təkrar emal;
2.4.3. məhv etmə.
2.5.
Hüquq mühafizə, digər dövlət
orqanlarının, dövlət büdcəsindən maliyyələşdirilən
sosial təminat, səhiyyə, təhsil və digər müəssisələrin
maddi-texniki bazasının
yaxşılaşdırılması və tələbatlarının
ödənilməsi məqsədi ilə dövlət
mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında
satılmamış qalan mallar tam natura şəklində əvəzsiz
olaraq aidiyyəti dövlət orqanlarına verilir.
2.6.
Dövlət mülkiyyətinə keçirilmiş və
gömrük hərraclarında satılmamış qalan
mallar, xüsusiyyətlərinə görə öz təyinatı
üzrə istifadə edilməsi mümkün olmadıqda,
Komitə tərəfindən belə malların emalı ilə
məşğul olan hüquqi şəxslərə və ya
hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata
keçirən fiziki şəxslərə müqaviləyə
əsasən verilir və həmin malların təkrar
emalından əldə edilmiş gəlir tərəflər
arasında bölüşdürülür. Komitə
malların təkrar emalından əldə edilmiş gəliri
dövlət büdcəsinə köçürməlidir.
2.7.
Dövlət mülkiyyətinə keçirilmiş və
gömrük hərraclarında satılmamış qalan mallar
keyfiyyətini itirməsi, xarab olması, istifadə müddətinin
ötməsi və s. səbəblərdən öz təyinatına
görə istifadə edilə bilmədikdə, onların məhv
edilməsi yalnız aidiyyəti dövlət
orqanlarının həmin malların satışının
qadağan edilməsi, yaxud mal dövriyyəsindən
çıxarılması barədə müvafiq göstərişləri
əsasında, habelə müstəqil ekspertlərin və
digər ixtisaslaşmış müstəqil
laboratoriyaların həmin malların istifadə
üçün yararsız olması haqqında rəyi
alınmaqla, Komitənin təşəbbüsü ilə
müvafiq məhkəmə qərarı əsasında həyata
keçirilir.
2.8.
Dövlət mülkiyyətinə keçirilmiş və
gömrük hərraclarında satılmamış qalan mallar
barəsində sərəncam verilməsi yalnız bu
Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilən
ardıcıllıqla həyata keçirilməlidir.
3.
Mülki dövriyyədə olmasına yol verilməyən
mallar
barəsində sərəncam verilməsi
3.1.
Mülki dövriyyədə olmasına yol verilməyən
mallar gömrük ərazisinə gətirilərkən və
ya bu ərazidən aparılarkən, müsadirə edilməsi
qanunda nəzərdə tutulmamışdırsa, dərhal
gömrük ərazisindən çıxarılmalı və
ya bu əraziyə qaytarılmalıdır. Həmin
mallar onları gömrük sərhədindən keçirən
şəxsin hesabına çıxarılır və ya
qaytarılır.
3.2.
Mülki dövriyyədə olmasına yol verilməyən
malları gömrük ərazisindən çıxarmaq və
ya bu əraziyə qaytarmaq dərhal mümkün olmadıqda,
onlar gömrük orqanlarının müvəqqəti
saxlancına verilir. Belə malların saxlanc
müddətinin son həddi 3 (üç) sutkadır. Saxlanc müddətinin son həddi keçmiş həmin
mallar barəsində bu Qaydaların 6.8-ci və 6.9-cu bəndlərinə
uyğun olaraq sərəncam verilir.
4.
Mülki dövriyyəsi məhdudlaşdırılmış
mallar
barəsində sərəncam verilməsi
4.1.
Mülki dövriyyəsi məhdudlaşdırılmış
mallar xüsusi icazə olmadan gömrük ərazisinə gətirilərkən
və ya bu ərazidən aparılarkən, müsadirə
edilməsi qanunda nəzərdə tutulmamışdırsa,
onları keçirən şəxsin seçimi əsasında
gömrük ərazisindən çıxarılmalı (bu əraziyə
qaytarılmalı) və ya müvəqqəti saxlanc
anbarında 3 (üç) sutka müddətinə yerləşdiril-məlidir.
Həmin mallar onları gömrük sərhədindən
keçirən şəxsin hesabına
çıxarılır və ya qaytarılır.
4.2. Mal
sahibi və ya onun səlahiyyətli nümayəndəsi bu
Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuş
müddətdə xüsusi icazəni gömrük orqanına
təqdim etmədikdə, həmin mallar barəsində bu
Qaydaların 6.8-ci və 6.9-cu bəndlərinə uyğun
olaraq sərəncam verilir.
5. Tez
xarab olan mallar
barəsində sərəncam verilməsi
5.1. Bu Qaydaların 6.7-ci bəndində nəzərdə
tutulan mallar tez xarab olanmallara aiddirsə, həminmallar barəsində
bu Qaydaların 6.8-ci və 6.9-cu bəndlərinə uyğun
olaraq sərəncam verilməsi saxlanc müddəti bitdiyi
vaxtdan 24 (iyirmi dörd) saat ərzində həyata
keçirilir.
5.2. Tez
xarab olan malların siyahısı bu Qaydaların əlavəsi
ilə müəyyən edilir.
5.3. Tez
xarab olan mallar xüsusi şəraiti olan yerlərdə
saxlanıl-malıdır.
6. Saxlanc
müddəti keçmiş mallar barəsində sərəncam
verilməsi
6.1. Mallar
Gömrük Məcəlləsinin 183.1-ci maddəsi ilə
müəyyən edilmiş gömrük anbarında saxlanc
müddəti başa çatanadək başqa gömrük
proseduru altında yerləşdirilmək üçün bəyan
edilməlidir. Bu müddət başa çatdıqdan sonra
qeyd edilən tələb yerinə yetirilmədikdə, həmin mallar
barəsində bu Qaydaların 6.3-cü–6.6-cı bəndlərinə
uyğun olaraq sərəncam verilir.
6.2.
Malların gömrük anbarında saxlanc müddətinin
başa çatmasına ən geci 15 (on beş)
gün qalmış saxlanc yerinin sahibi mal barəsində səlahiyyətli
şəxsə və ya onun nümayəndəsinə bu barədə
bildiriş təqdim edir. Həmin bildiriş mal
barəsində səlahiyyətli şəxsə və ya onun
nümayəndəsinə sənədin qəbulu barədə
imzasını almaqla verilir. Bildirişdə
malların gömrük anbarında saxlanc müddətinin
başa çatmasının dəqiq tarixi göstərilməli
və bu müddət başa çatdıqdan sonra malların
başqa gömrük proseduru altında yerləşdirilməməsinin
hüquqi nəticələri barədə Gömrük Məcəlləsinin
183.2-ci maddəsinə və bu Qaydaların 6.3-cü–6.6-cı
bəndlərinə istinad edilməklə müvafiq izah
verilir.
6.3.
Malların gömrük anbarında saxlanc müddəti
başa çatanadək, bu Qaydaların 6.2-ci bəndinə
uyğun olaraq məlumatlandırılmış mal barəsində
səlahiyyətli şəxs və ya onun nümayəndəsi
malları başqa gömrük proseduru altında yerləşdirmək
üçün bəyan etmədikdə, saxlanc müddəti
keçmiş mallar barəsində saxlanc yerinin sahibi həmin
malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsini
rəsmiləşdirmiş gömrük orqanına
kağız üzərində yazılı formada məlumat
verir.
6.4.
Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdiril-məsini
rəsmiləşdirmiş gömrük orqanı tərəfindən
müvafiq məlumat daxil olduqdan dərhal sonra saxlanc müddətinin
bitməsi faktını təsdiq edən 3 (üç)
nüsxədən ibarət akt tərtib edilir. Aktın
bir nüsxəsi gömrük orqanında qalır, digər
iki nüsxəsi isə mal barəsində səlahiyyətli
şəxsə və ya onun nümayəndəsinə və
saxlanc yerinin sahibinə təqdim edilir.
6.5. Bu
Qaydaların 6.4-cü bəndində göstərilən akt tərtib
edildiyi tarixdən 1 (bir) iş günü müddətində
Komitəyə aktın surəti əlavə edilməklə
müraciət olunur və Komitənin sədri və ya onu əvəz
edən şəxs saxlanc müddəti keçmiş
malların açıq gömrük hərraclarında
satılması barədə qərar qəbul edir. Malların
satılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2012-ci il 19 oktyabr tarixli 237 nömrəli qərarı ilə təsdiq
edilmiş “Dövlət mülkiyyətinə
keçirilmiş malların və nəqliyyat vasitələrinin
gömrük hərraclarında satılması Qaydaları”na
uyğun olaraq həyata keçirilir.
6.6.
Gömrük anbarında saxlanc müddəti başa
çatmış malların və nəqliyyat vasitələrinin
bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq
satışından əldə edilən məbləğ
onların daşınması, saxlancı və
satışı ilə bağlı xərclər və
ödənilməli olan gömrük ödənişləri
çıxıldıqdan sonra mal sahibinin göstərdiyi bank
hesabına 1 (bir) iş günü müddətində
köçürülür. Gömrük hərraclarında
satılmamış qalan mallar barəsində sərəncam
verilməsi bu Qaydaların 2-ci hissəsinə uyğun olaraq həyata
keçirilir.
6.7.
Qadağan olunmuş mallar gömrük ərazisinə gətirilərkən
və ya bu ərazidən aparılarkən, müsadirə
edilməsi qanunda nəzərdə tutulmamışdırsa,
müvafiq olaraq dərhal gömrük ərazisindən
çıxarılmalı və ya bu əraziyə
qaytarılmalıdır. Malları gömrük
ərazisindən çıxarmaq və ya bu əraziyə
qaytarmaq dərhal mümkün olmadıqda, onlar gömrük
orqanlarının müvəqqəti saxlancına verilir.
Belə malların saxlanc müddətinin son həddi
3 (üç) sutkadır.
6.8. Bu Qaydaların 6.7-ci bəndi ilə müəyyən
edilmiş müddətdə mallar müvafiq olaraq
gömrük ərazisindən çıxarılmadıqda və
ya bu əraziyə qaytarılmadıqda, gömrük orqanı
tərəfindən saxlanc müddətinin bitməsi faktını
təsdiq edən 2 (iki) nüsxədən ibarət akt tərtib
edilir. Aktın bir nüsxəsi gömrük orqanında
qalır, digər nüsxəsi isə mal barəsində səlahiyyətli
şəxsə və ya onun nümayəndəsinə təqdim
edilir.
6.9. Bu
Qaydaların 6.8-ci bəndində göstərilən akt tərtib
edildiyi tarixdən 1 (bir) iş günü müddətində,
tez xarab olan mallar barəsində isə dərhal Komitəyə
aktın surəti əlavə edilməklə müraciət
olunur və Komitənin sədri və ya onu əvəz edən
şəxs saxlanc müddəti keçmiş mallar barəsində
bu Qaydaların 2.4-cü-2.8-ci bəndlərinin tələblərinə
əsasən sərəncam verir.
______________
“Dövlət mülkiyyətinə keçirilmiş və
gömrük hərraclarında
satılmamış
qalan, yaxud mülki dövriyyədə
olmasına yol verilməyən və
mülki dövriyyəsi məhdudlaşdırılmış
mallar, həmçinin tez xarab olan və saxlanc
müddəti
keçmiş mallar barəsində sərəncam verilməsi
Qaydaları”na əlavə
Tez xarab
olan malların
SİYAHISI
1.
Canlı flora növləri.
2. Ət
və ət məhsulları, quş əti və quş əti
məhsulları (o cümlədən, vurulmuş ov
heyvanları və quşları) və heyvan piyləri,
endokrin xammalı.
3. Diri,
soyudulmuş, dondurulmuş, hisə verilmiş, duza və ya
marinada qoyulmuş balıqlar, xərçənglər,
molyusklar və digər dəniz məhsulları, balıq məmulatları,
kürü.
4.
İnkubasiya üçün yumurta, heyvan sperması,
embrionlar.
5. Süd
və süd məhsulları (təzə süd, qaymaq, xama, kəsmik,
turş süd məhsulları və s.), müxtəlif pendir
növləri, dondurma, kərə yağı, əridilmiş
kərə yağı.
6. Qida
üçün yumurta və melanj.
7.
Marqarin, kompaund-piy, qənnadı, kulinariya və digər piylər.
8. Təzə
və dondurulmuş (qaxac edilmiş və qurudulmuş istisna
olmaqla) meyvələr və giləmeyvələr, şirə
konsentratları, püre.
9. Təzə, dondurulmuş, duza qoyulmuş, turşudulmuş (qaxac edilmiş və qurudulmuş istisna olmaqla) tərəvəzlər və göbələklər, badımcan, yerkökü, artişok, paxlalı tərəvəzlər, yunan qabağı, təzə bibər, xiyar, pomidor, bütün növ kələm, kartof, soğan, çuğundur, turp, təzə göbələklər, tərəvəz povidlosu və püresi, müxtəlif göyərtilər.
10. Dondurulmuş qida məhsulları və yarımfabrikatlar.
11. Çörəkbişirmə üçün preslənmiş mayalar.
12. Şokolad məhsulları (yay aylarında).
13. Çörək və çörək-bulka məmulatları.
14. Körpələr və azyaşlı uşaqlar üçün xüsusi hazırlanmış qida məhsulları: maye halında ana südünün əvəzediciləri, meyvə və tərəvəz püreləri, meyvə və tərəvəz şirələri, ət püreləri, turş süd məhsulları, kəsmik və digər hazır yeməklər.
15. Qan və qan komponentləri, insan orqanları və toxumaları, analizlərin aparılması üçün testlər, diaqnostikumlar və standart məhlullar.
16. Normativ saxlama müddəti 72 (yetmiş iki)
saatdan az olan digər məhsullar.
Azərbaycan.-2014.- 2 aprel.- S.1.