"Gömrük
işi sahəsində
cinayət işləri
və digər hüquqpozmalar üzrə
məhkəmənin qüvvəyə
minmiş qərarına
əsasən müsadirə
edilmiş, habelə şəxsin dövlətin
xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin dövlət
mülkiyyətinə keçirilməsi
Qaydaları"nın
təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 89 Bakı
şəhəri, 19 mart 2014-cü il
"Azərbaycan Respublikası
Gömrük Məcəlləsinin
təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiqi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 15
sentyabr tarixli 499 nömrəli fərmanının
1.2.12-ci yarımbəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
"Gömrük işi
sahəsində cinayət
işləri və digər hüquqpozmalar üzrə məhkəmənin
qüvvəyə minmiş
qərarına əsasən
müsadirə edilmiş,
habelə şəxsin
dövlətin xeyrinə
imtina etdiyi malların və nəqliyyat vasitələrinin
dövlət mülkiyyətinə
keçirilməsi Qaydaları"
təsdiq edilsin (əlavə olunur).
Artur
RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan Respublikası
Nazirlər
Kabinetinin 2014-cü il 19 mart
tarixli 89 nömrəli
qərarı ilə
təsdiq edilmişdir
Gömrük işi sahəsində
cinayət işləri
və digər hüquqpozmalar üzrə
məhkəmənin qüvvəyə
minmiş qərarına
əsasən müsadirə
edilmiş, habelə şəxsin dövlətin
xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin dövlət
mülkiyyətinə keçirilməsi
Q A Y D A L
A R I
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan
Respublikasının Gömrük
Məcəlləsinin 327.2-ci maddəsinə əsasən
hazırlanmışdır və gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə
məhkəmənin qüvvəyə
minmiş qərarına
əsasən müsadirə
edilmiş (bundan sonra - müsadirə edilmiş), habelə şəxsin dövlətin
xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin dövlət
mülkiyyətinə keçirilməsi
qaydalarını müəyyən
edir.
1.2. Bu Qaydalar yalnız aşağıdakı mallara
və nəqliyyat vasitələrinə (bundan
sonra ‑ mallar) şamil edilir:
1.2.1. müsadirə edilmiş mallara;
1.2.2. şəxsin dövlətin xeyrinə imtina etdiyi xarici
və son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara.
1.3. Müsadirə edilmiş və ya şəxsin
dövlətin xeyrinə
imtina etdiyi mallar müvafiq olaraq, gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə
məhkəmənin və
ya mallardan dövlət xeyrinə imtina edilməsi üçün icazənin
verilməsinə dair gömrük orqanının
qərarı qüvvəyə
mindiyi gündən dövlət mülkiyyətinə
keçirilmiş hesab
edilir.
2. Malların qəbul edilməsi
2.1. Müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar
Azərbaycan Respublikası
Dövlət Gömrük
Komitəsinin “Azərtermi-nalkompleks”
Birliyi tərəfindən
(bundan sonra - Birlik) qəbul edilir.
2.2. Müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar
Birliyin müəyyən
etdiyi anbarlara aşağıdakı sənədlər
təqdim edilməklə
yerləşdirilir:
2.2.1. mallar haqqında
məlumatlar göstərilməklə,
gömrük orqanının
müraciəti;
2.2.2. malların müsadirə
edilməsi haqqında
məhkəmənin qüvvəyə
minmiş qərarının
surəti və ya gömrük orqanının mallardan dövlətin xeyrinə imtina edilməsi üçün icazə verilməsinə dair qərarının surəti.
2.3. Müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar
anbara qəbul edilərkən, iki nüsxədə bu Qaydaların əlavəsi
ilə müəyyən
edilmiş “Malların
anbara qəbul edilməsi haqqında Akt” tərtib olunur. Həmin akt malları
təhvil verən gömrük orqanının
vəzifəli şəxsi
və Birliyin səlahiyyətli nümayəndəsi
tərəfindən imzalanır
və Birliyin möhürü ilə təsdiq edilir. Aktın bir nüsxəsi gömrük orqanının
vəzifəli şəxsinə
verilir.
2.4. Müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar
anbara qəbul edilərkən qüsurlu olduqda, bu barədə
qəbuletmə aktında
müvafiq qeydlər aparılır.
2.5. Birlik anbara qəbul
olunmuş malların uçotunu aparır.
3. Yekun müddəalar
3.1. Dövlət mülkiyyətinə
keçirilmiş mallar
açıq gömrük
hərraclarında satılır.
3.2. Dövlət mülkiyyətinə
keçirilmiş və
gömrük hərraclarında
satılmamış qalan
mallar barəsində sərəncam verilməsi
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2014-cü il 19 mart tarixli
88 nömrəli qərarı
ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş
və gömrük hərraclarında satılmamış
qalan, yaxud mülki dövriyyədə
olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan
və saxlanc müddəti keçmiş
mallar barəsində sərəncam verilməsi
Qaydaları” ilə tənzimlənir.
Azərbaycan.-2014.- 2 aprel.- S.1.