Azərbaycan-Avstriya əlaqələrinin
bütün sahələrdə
inkişafı çox sevindiricidir
Aprelin
1-də Azərbaycan Respublikası Milli Məclisinin sədri
Oqtay Əsədov Avstriya Milli Şurasının nümayəndə
heyəti ilə görüşmüşdür.
AzərTAc
xəbər verir ki, görüşdə Oqtay Əsədov qədim
tarixə malik olan Azərbaycan-Avstriya münasibətlərinin
inkişafının məmnunluq doğurduğunu söyləmişdir.
Əlaqələrimizin inkişafında hər iki ölkənin
prezidentlərinin rolunu xüsusi vurğulayan Oqtay Əsədov
demişdir ki, yüksək səviyyəli
qarşılıqlı səfərlər və
görüşlər zamanı aparılan
danışıqlar, imzalanmış sənədlər hərtərəfli
əməkdaşlığın genişlənməsi
üçün möhkəm hüquqi baza
yaratmışdır.
Milli
Məclisin sədri dövlətlərarası münasibətlərin
inkişafında parlamentlərin rolunu xüsusi
vurğulamışdır. Son 10 ildə Azərbaycanda
bütün sahələrdə müşahidə olunan
sürətli inkişafdan söhbət açan O.Əsədov
ölkəmizin Avropaya inteqrasiyası sahəsində çox
mühüm işlərin görüldüyünü diqqətə
çatdırmışdır.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsindən bəhs edən
sədr beynəlxalq ictimaiyyətin bu problemin həlli istiqamətində
daha ciddi səy göstərməsinin vacibliyini
vurğulamışdır. O, bildirmişdir ki, BMT Təhlükəsizlik
Şurasının münaqişənin həlli ilə
bağlı qəbul etdiyi dörd qətnaməyə məhəl
qoymayan Ermənistan torpaqlarımızın 20 faizini
işğal altında saxlayır. Buna baxmayaraq
işğalçı dövlətə heç bir sanksiya tətbiq
edilmir.
Avstriya
Milli Şurasının ikinci prezidenti Karlheinz Kopf səfər
zamanı nümayəndə heyətinə göstərilən
yüksək qonaqpərvərliyə görə minnətdarlığını
bildirmişdir. O, qeyd etmişdir ki, xalqlarımız
arasında əlaqələrin qədim tarixi vardır və
münasibətlərimizin bu gün də bütün sahələrdə
inkişaf etməsi çox sevindiricidir.
Qonaq
Azərbaycanın qısa müddətdə bu qədər
nailiyyət qazanmasını yüksək qiymətləndirmiş
və Avropaya inteqrasiya istiqamətində ölkəmizə
daim dəstək göstərməyə hazır
olduqlarını söyləmişdir.
Görüşdə
qarşılıqlı maraq doğuran məsələlər
ətrafında fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.-2014.- 2 aprel.- S.1.