Kabildə keçirilən Novruz
Sammitində
Azərbaycan nümayəndə heyəti
də iştirak etmişdir
Martın
27-də Əfqanıstan İslam Respublikasının
paytaxtı Kabil şəhərində İslam ölkələrinin
ənənəvi Novruz Sammiti keçirilmişdir. Tədbirdə
Əfqanıstan İslam Respublikasının, İran İslam
Respublikasının, Pakistan İslam Respublikasının və
Tacikistanın prezidentləri, BMT-nin baş katibinin müavini,
eləcə də digər ölkələrdən nümayəndə
heyətləri iştirak etmişlər.
AzərTAc
xəbər verir ki, sammitdə Azərbaycanı Baş nazirin
müavini Elçin Əfəndiyevin başçılıq
etdiyi nümayəndə heyəti təmsil etmişdir.
Elçin
Əfəndiyev Əfqanıstan Prezidenti Həmid Kərzai,
İran Prezidenti Həsən Ruhani, Pakistan Prezidenti Məmnun
Hüseyn və Tacikistan Prezidenti Emoməli Rəhmon ilə
görüşmüş, Azərbaycan Prezidenti İlham
Əliyevin salamlarını və Novruz təbriklərini
onlara çatdırmışdır.
Azərbaycan
nümayəndə heyətinin başçısı
Elçin Əfəndiyev, həmçinin tədbirdə
iştirak edən Qazaxıstan, Türkmənistan və
Qırğızıstan nümayəndə heyətlərinin
başçıları ilə
görüşmüşdür.
Tədbirdən
sonra nümayəndə heyətinin başçısı
Elçin Əfəndiyev Əfqanıstanda yerləşmiş
Azərbaycan sülhməramlı qüvvələrinin heyəti
ilə də səmimi və səmərəli
görüş keçirmiş, onları Novruz münasibətilə
təbrik etmişdir.
Qeyd
edək ki, ciddi təhlükəsizlik tədbirlərinin
görülməsinə baxmayaraq, sammit ərəfəsində
və tədbirdən sonra Kabil şəhərində insan tələfatı
ilə nəticələnən terror aktları törədilmiş,
o cümlədən Azərbaycan nümayəndə heyətinin
yerləşdiyi otel, onlar Kabili tərk etdikdən bir neçə
saat sonra partladılmışdır.
Azərbaycan.-2014.- 2 aprel.- S.1.