Dövlət qayğısı hər sahədə hiss olunur

 

Bu gün regionların yüksək inkişaf tempini Zaqatala rayonunun timsalında da görmək mümkündür. Son illər Zaqatala çox sürətlə inkişaf edərək özünün yüksəliş dövrünü yaşayır. Şəhərdə və kəndlərdəki quruculuq işləri əhalinin həyat səviyyəsinin yüksəlməsinə təsir edir.

Regionların sosial-iqtisadi inkişafına dair birinciikinci dövlət proqramlarında Zaqatala rayonu ilə bağlı nəzərdə tutulan tədbirlərin icrası nəticəsində yeni emalistehsal müəssisələri, o cümlədən beton məmulatları, gül, südtütün emalı zavodları, quş əti istehsalı fabriki, bir süfrə suları, üç fındıq emalı, bir meyvə-tərəvəz istehsalı müəssisəsi və digər sosial obyektlər tikilib istifadəyə verilib.

Regional dövlət proqramının icrası yeni yerlərinin açılmasına da imkan verib. 2013-cü ildə rayonda 989-u daimi olmaqla 1095 yeni yeri yaradılıb. 2003-cü ildən bəri isə 15914 yeni yeri açılıb ki, bunun da 11193-ü daimidir.

Rayonda sahibkarlığın inkişafına lazımi şərait yaradılıb. İqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən 47 sahibkara Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına adamlarına 701 min manat güzəştli kredit verilib. 12 sahibkara 0,59 hektar torpaq sahəsi satılıb. Sahibkarlıq obyektlərinin layihələndirilməsi və tikilməsi üçünmüvafiq sərəncamlar imzalanıb. Ötən il əhaliyə və adamlarına ümumilikdə 43,1 milyon manat həcmində kredit verilib. Bu isə 2012-ci illə müqayisədə 10,8 faiz çoxdur.

Prezident İlham Əliyev ötən il rayona səfəri zamanı Zaqatala şəhərinin tarixi mərkəzinin yenidənqurma və bərpadan sonrakı vəziyyəti ilə tanış olub, şəhərə və ətraf kəndlərə içməli suyun verilməsi mərasimində, Heydər Əliyev Fondunun vəsaiti hesabına inşa edilmiş 600 şagirdlik Bəhmətli kənd tam orta məktəbinin yeni binasının və "Tumurcuq" uşaq bağçasının açılışlarında iştirak edib. Ölkə rəhbərinin rayona səfəri əhalidə işgüzarlığı daha da artırıb. "Zaqatala şəhərinin su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulması və tikintisi" layihəsinin ikinci mərhələsinin icrasına uyğun olaraq xarici su təchizatı obyektlərinin, şəhərdaxili sukanalizasiya xətlərinin tikinti işləri başa çatdırılıb.

Rayon polis şöbəsinin, qaz istismarı sahəsinin, Zaqatala Hərbi ProkurorluğununMilli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsinin yeni inzibati binaları istifadəyə verilib. Tikintisi davam edən obyektlər sırasında isə Heydər Əliyev Mərkəzinin, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının, maliyyə idarəsinin binalarını qeyd etmək olar. Bunlardan əlavə, sutəmizləyici qurğular kompleksinin, Yeni Suvagil və Göyəm kəndlərində sahə baytarlıq məntəqələrinin tikintisidavam edir. Zaqatala şəhərində Dövlət Yanğından Mühafizə Xidmətinin rayon şöbəsi üçün depo binasının, Əliabad qəsəbəsində və Çobankol kəndində həmin xidmətin mühafizə bölmələri üçün binaların və Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə Qandax kəndində yeni tibb məntəqəsinin tikintisinə başlanılıb.

Zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş 10 məktəb binasının tikintisi və 6 məktəb binasında bərpa-gücləndirmə işləri başa çatdırılaraq istifadəyə verilib. 2 məktəb binasının tikintisində son tamamlama işləri görülür. Zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş 9 uşaq bağçası-körpələr evinin bərpa-gücləndirilməsi və tikintisi üçün dövlət büdcəsindən müvafiq vəsait ayrılıb. Həmin vəsait hesabına tikinti və bərpa-gücləndirmə işləri davam edir.

Bir il ərzində rayonda 6,9 milyon manatlıq, o cümlədən yerli imkanlar hesabına 1,4 milyon manat həcmində abadlıq və təmir işləri yerinə yetirilib.

Zaqatala şəhərinin Dədə Qorqud meydanının, Qala Düzü pilləkənlərinin, Heydər Əliyev prospektinin və 28 May küçəsinin tarixi görünüşünün qaytarılması ilə bağlı yenidənqurma işləri görülüb. 50-dən çox fərdi yaşayış evinin, ictimai bina və sahibkarlıq obyektinin dam örtüklərində və fasadlarında yenilənmə və bərpa işlərini də qeyd etmək olar.

Zaqatala şəhərində abadlıq-quruculuq işlərinin sürətləndirilməsi məqsədi ilə ötən il ölkə rəhbəri İlham Əliyevin sərəncamına əsasən Prezidentin Ehtiyat Fondundan Zaqatala Rayon İcra Hakimiyyətinə 2 milyon manat vəsait ayrılıb. Həmin vəsaitə uyğun işlər davam etdirilir.

Rayonda əhalinin təbii qazla təminatı istiqamətində də müəyyən işlər görülür. Əliabad qəsəbəsinə, Mosul, Yengiyən, Maqov, Danaçı, Aşağı Çardaxlar, Car və Mazıx kəndləri istiqamətində daşıyıcı qaz xətləri çəkilib, Danaçı və Mazıx kəndlərinə təbii qaz verilib. Ötən bir il ərzində əhali abonentlərinin sayı 1565 nəfər artaraq 12249-a, qeyri-əhali sektoru üzrə isə 25 abonent artaraq 142-yə çatdırılıb.

İçməli su təminatının yaxşılaşdırılması məqsədi ilə yeni su xətləri çəkilir, subartezian quyuları qazılır. Zaqatalada avtomobil yollarının yenidən qurulması və əsaslı təmiri işləri də gedir. Zaqatala-Car avtomobil yoluna 1,6 km, Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistralına 1 km asfalt-beton örtük salınıb. Zaqatala şəhərinin küçələrində isə 62 min kv.m sahəyə asfalt döşənib.

Dövlət başçısının sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan ayrılmış 5,5 milyon manat vəsait hesabına 28 km uzunluğunda Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun artıq 14 kilometri tikilib, qalan hissəsində isə işlər davam edir.

Zaqatala ölkəmizin önəmli turizm bölgələrindən biridir. Rayon iqtisadiyyatının hərtərəfli inkişafı bu sahənin perspektivinə də müsbət təsir edir.

Rayonda hər kəs yaxşı bilir ki, bütün uğurların arxasında möhtəşəm dövlət qayğısı dayanır. Zaqatalalılar bu qayğını həmişə hiss edirlər.

 

Telman NƏZƏRLİ,

Azərbaycan.-2014.- 2 aprel.- S.4.