Moskvada Azərbaycanlıların Soyqırımı Günü

 ilə əlaqədar “dəyirmi masa” keçirilmişdir

 

 

 

Moskvada Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar beynəlxalq “dəyirmi masa” keçirilmişdir.

Tədbir Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən təşkil edilmişdi. Səfirliyin foyesində 1918-ci ilin faciələrini əks etdirən fotoşəkillərdən ibarət stend düzəldilmişdi.

Səfir Polad Bülbüloğlu “dəyirmi masa”nı açaraq qeyd etmişdir ki, 1918-ci ilin baharında baş vermiş faciəli hadisələrin 80-ci ildönümü ərəfəsində - 1998-ci il martın 26-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayandan sonra 31 mart 1918-ci il xalqımızın tarixində qanlı səhifələr təqviminə daxil olmuşdur. Fərmanda xüsusi vurğulanır ki, azərbaycanlıların kütləvi şəkildə qırılması haqqında həqiqətin üzə çıxarılmaması, bu hadisələrə lazımi qiymət verilməməsi Azərbaycana qarşı cinayətlərin davam etdirilməsinə və ərazilərimizin işğal olunmasına stimul yaratmışdır.

Səfir 1918-ci ildə azərbaycanlıların kütləvi şəkildə qırılması xronikasını arxiv materialları və sənədli sübutlar əsasında zərrə-zərrə bərpa edən və müasir auditoriyaya çatdıran tarixçi alimlərin rolunu xüsusi qeyd etmişdir. P.Bülbüloğlu Azərbaycan Xalq Cümhuriyyəti dövründə Fövqəladə İstintaq Komissiyası yaradılması ilə əlaqədar tarixi faktlardan söhbət açaraq vurğulamışdır ki, həmin komissiya artıq 1918-ci il avqustun ortalarında fəaliyyətə başlamışdı.

Səfir onu da qeyd etmişdir ki, Azərbaycan diaspor təşkilatları xalqımızın tarix boyu üzləşdiyi faciələr haqqında həqiqətin yayılması üçün səylərini artırmaıdırlar. Azərbaycanda bu istiqamətdə ardıcıl fəaliyyət davam edir. 2013-cü il sentyabrın 18-də Qubada azərbaycanlıların soyqırımına həsr edilmiş memorial kompleksin açılışı olmuşdur. Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış bu kompleksin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak etmişdir.

P.Bülbüloğlu əmin olduğunu bildirmişdir ki, bütün xoşməramlı insanlar erməni faşizminə beynəlxalq səviyyədə lazımi qiymət verilməsinə maraq göstərməlidirlər.

Tədbirdə tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidinin “Mart 1918-ci il. Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdə”, “Quba. Aprel-may 1918-ci il. Müsəlmanların soyqırımı sənədlərdə “Mart-iyul 1918-ci il. Azərbaycanlıların soyqırımı sənədlərdəkitabları təqdim edilmişdir. Müəllif erməni millətçiləri tərəfindən uzun illər boyu Azərbaycan xalqına qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş soyqırımı siyasəti, Azərbaycanın əzəli torpaqlarının Ermənistan tərəfindən ilhaq edilməsi barədə ətraflı məlumat vermiş, ölkəmizin tarixi ilə bağlı real faktların aşkar edilməsinə yönəlmiş böyük işi, erməni şovinistləri Daşnakstyunpartiyasının üzvləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayətkar əməllərə dəlalət edən yeni aşkar olunmuş arxiv sənədlərini xüsusi qeyd etmişdir.

Solmaz Rüstəmova-Tohidi xüsusi vurğulamışdır ki, Azərbaycanın rəhbərliyi tarixin öyrənilməsi real tarixi proseslər haqqında düzgün informasiyanın dünya ictimaiyyətinə çatdırılması məsələlərinə xüsusi əhəmiyyət verir.

Dağlıq Qarabağ haqqında miflərkitabının müəllifi, tarix elmləri namizədi Oleq Kuznetsov qeyd etmişdir ki, Solmaz Rüstəmova-Tohidinin kitabları gələcək elmi təhlil üçün bünövrə xarakterli sənədlərin toplusudur. O.Kuznetsovun sözlərinə görə bu gün 1918-ci ildə Azərbaycanda baş vermiş hadisələrin məzmununun nəticələrinin dəqiq hüquqi tövsifi yoxdur. Toplanmış sənədlər faktlar azərbaycanlıların soyqırımının tarixi hüquqi konsepsiyasını yaratmağa əsas verir. O, əmin olduğunu bildirmişdir ki, müasir Azərbaycanın Rusiya ziyalıları elmi akademik birlik mühitində 1918-ci il hadisələri barədə izahat işinin təşkil edilməsi üçün çox böyük potensialı vardır.

Tədbirdə Rusiya Dövlət Humanitar Universitetinin rektoru, tarix elmləri doktoru, “Rusiya-AzərbaycanDostluq Cəmiyyətinin həmsədri, professor Yefim Pivovar, “Ocaqcəmiyyətinin sədri professor Tofik Məlikli, Rusiya Hüquqşünaslar İttifaqının vitse-prezidenti, hüquq elmləri doktoru Ələsgər Tağıyev, RF Diplomatik Akademiyasının aspirantı İbrahim İbrahimov da çıxış etmişdir.

 

Fəridə Abdullayeva

AzərTAc-ın xüsusi müxbiri

Moskva

Azərbaycan.-2014.- 2 aprel.- S.6.