Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Silahlı
Qüvvələrinin
Baş Qərargah rəisinin
başçılıq etdiyi
nümayəndə heyətini qəbul
etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də
Türkiyə Respublikası Silahlı Qüvvələrinin
Baş Qərargah rəisi Necdet Özelin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir.
Görüşdə Azərbaycan
ilə Türkiyə arasında dostluq və
qardaşlıq münasibətlərinin bütün
istiqamətlərdə, o cümlədən
hərbi-texniki sahədə uğurla inkişaf etdiyi
vurğulandı, Türkiyə Respublikası Silahlı
Qüvvələrinin Baş Qərargah rəisi
Necdet Özelin ölkəmizə
səfərinin bu sahədə
əlaqələrimizin daha da genişləndirilməsi işinə xidmət
edəcəyinə əminlik ifadə olundu,
ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın
perspektivləri ilə bağlı məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2014.-3 aprel.-S.1.