Qax rayonunun
Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli
avtomobil yolunun tikintisi
ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1.
Yeddi min nəfər əhalinin yaşadığı 8
yaşayış məntəqəsini birləşdirən
Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil
yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan
Respublikasının 2014-cü il dövlət büdcəsinin
dövlət əsaslı vəsait qoyuluşu xərclərinin
bölgüsündə kəndlərarası avtomobil
yollarının tikintisi və yenidən qurulması
üçün nəzərdə tutulmuş vəsaitin 3,8
milyon (üç milyon səkkiz yüz min) manatı Qax Rayon
İcra Hakimiyyətinə ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində nəzərdə tutulan məbləğdə
maliyyələşməni müəyyən olunmuş qaydada
təmin etsin.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 2 aprel
2014-cü il.
Azərbaycan.-2014.-3 aprel.-S.1.