ABŞ-ın
Missisipi ştatı Azərbaycan ilə ABŞ arasında
strateji tərəfdaşlığı
dəstəkləyən qətnamə qəbul etdi
ABŞ-ın
Missisipi ştatının Nümayəndələr
palatasında “ABŞ ilə Azərbaycan Respublikası
arasında strateji tərəfdaşlığı dəstəkləyən”
Qətnamə qəbul olunmuşdur. Sənəddə Azərbaycanın
ABŞ üçün strateji əhəmiyyət
daşıyan tərəfdaş olduğu və tərəflər
arasında 20 ildir ki, bir çox sahədə, o cümlədən
enerji təhlükəsizliyi, beynəlxalq terrorçuluğa,
narkotiklərə və insan alverinə qarşı mübarizə,
kütləvi qırğın silahlarının
yayılmaması və s. səmərəli əməkdaşlığın
inkişaf etdiyi qeyd edilmişdir. Qətnamədə, həmçinin
Azərbaycanın iqtisadi sahədə böyük
uğurları vurğulanaraq Bakı-Tbilisi-Ceyhan neft,
Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri və
Bakı-Tbilisi-Qars dəmir yolu kimi irimiqyaslı və strateji əhəmiyyətli
layihələrin təşəbbüskarı olduğu
xüsusilə qeyd edilmişdir.
Xatırladaq
ki, keçən il Missisipi ştatı Nümayəndələr
palatası Xocalı qətliamını
tanımışdır.
Yusif Babanlı
AzərTAc-ın xüsusi
müxbiri
Vaşinqton
Azərbaycan.-2014.-3 aprel.-S.1.