İngiltərə-Azərbaycan Cəmiyyətinin
həmsədrləri
arasında görüş keçirilmişdir
İngiltərə-Azərbaycan
Cəmiyyətinin Azərbaycan tərəfindən həmsədri,
professor Nərgiz Paşayeva Cəmiyyətin Böyük
Britaniya tərəfindən yeni seçilmiş həmsədri,
Parlamentin Lordlar Palatasının üzvü, Lord Germanla
görüşmüşdür. Parlament üzvü bu vəzifədə
mərhum Lord Freyzeri əvəz etmişdir.
Böyük
Britaniya Parlamentinin Lordlar Palatasında keçirilmiş
görüşdə, həmçinin ölkəmizin Birləşmiş
Krallıqdakı səfiri Fəxrəddin Qurbanov və
İngiltərə - Azərbaycan Cəmiyyətinin İcraiyyə
Komitəsinin üzvləri iştirak etmişlər.
Qarşılıqlı
anlaşma və əməkdaşlıq çərçivəsində
keçirilmiş görüşdə Cəmiyyətin
hazırkı fəaliyyəti və onun inkişaf perspektivlərinə
dair hər iki həmsədr arasında ətraflı fikir
mübadiləsi aparılmışdır.
Müzakirələr
zamanı İngiltərə-Azərbaycan Cəmiyyətinin
ölkələrimiz arasında mədəniyyət və
humanitar sahələrdə ikitərəfli münasibətlərə
səmərəli töhfə verdiyi qeyd olunmuş, bu fəaliyyətin
gələcəkdə də uğurla davam edərək daha
yeni sahələri əhatə edəcəyinə əminlik
ifadə olunmuşdur. İki ölkənin vətəndaşları
səviyyəsində təmasların gücləndirilməsi
və işgüzar dairələr arasında əlaqələrin
təşviq olunması sahələrində geniş potensial
olduğu vurğulanmışdır.
İngiltərə-Azərbaycan
Cəmiyyətinin fəaliyyətini müsbət qiymətləndirən
professor N.Paşayeva, Cəmiyyətin ölkələrimiz
arasında münasibətlərin genişləndirilməsində
əvəzsiz xidmətlərinin olduğunu qeyd etmişdir.
Lord Germanı İngiltərə-Azərbaycan Cəmiyyətinin
Böyük Britaniya tərəfindən həmsədri vəzifəsinə
seçilməsi münasibətilə təbrik etmiş və
gələcəkdə onun Cəmiyyətin işinə
böyük töhfə verəcəyinə ümidvar
olduğunu diqqətə çatdırmışdır.
Lord
German İngiltərə-Azərbaycan Cəmiyyəti tərəfindən
ona göstərilmiş bu yüksək etimada görə dərin
təşəkkürünü bildirmiş, Cəmiyyətin
fəaliyyətinin daha da genişləndirilməsi
üçün Azərbaycan tərəfindən həmsədr,
professor N.Paşayeva ilə sıx əməkdaşlıq etməyə
hazır olduğunu vurğulamışdır.
Orxan İsmayılov
AzərTAc-ın xüsusi
müxbiri
London
Azərbaycan.-2014.-3 aprel.-S.9.