Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifaini qəbul etmişdir.

Görüşdə Azərbaycanda turizmin, o cümlədən dağ turizminin inkişafı və bu istiqamətdə müasir infrastrukturun yaradılması ilə bağlı görülən işlərdən danışıldı, Bakıda keçirilən 13-cü Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisinin və BMT-nin Dünya Turizm Təşkilatı Avropa Komissiyasının 57-ci konfransının önəmi qeyd olundu. Söhbət zamanı Azərbaycan ilə Dünya Turizm Təşkilatı arasında əməkdaşlığın daha da genişləndirilməsi, ölkəmizin turizm imkanları və bu sahədə görüləcək işlərlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Azərbaycan. – 2014. – 4 aprel. – S. 1.