Azərbaycan Prezidenti İlham Əliyev Avropa Olimpiya Komitəsinin prezidentini
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini qəbul etmişdir.
Patrik Hikki “Bakı 2015” Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin 3-cü toplantısı zamanı Azərbaycanda Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı səmərəli müzakirələrin aparıldığını qeyd etdi. Hazırlıq işlərinin qrafikə uyğun şəkildə görüldüyünü vurğulayan Patrik Hikki, bu işlərin bütün sahələrdə yüksək səviyyədə həyata keçirilməsindən razılığını bildirdi.
Görüşdə Azərbaycanın müvafiq qurumları ilə Avropa
Olimpiya Komitəsi arasında əməkdaşlığın
perspektivləri ilə bağlı məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2014.- 4 aprel.- S.1.