Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Baş naziri
Rəcəb Tayyib Ərdoğanla təkbətək
görüşü olmuşdur
Türkiyənin Baş naziri Rəcəb
Tayyib Ərdoğanın Azərbaycana işgüzar səfəri
Aprelin
4-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev ilə ölkəmizdə işgüzar səfərdə
olan Türkiyə Respublikasının Baş naziri Rəcəb
Tayyib Ərdoğanın təkbətək
görüşü olmuşdur.
Dövlətimizin
başçısı Türkiyənin Baş nazirini
sarayın həyətində qarşıladı.
Prezident
İlham Əliyev və Baş nazir Rəcəb Tayyib
Ərdoğan rəsmi foto çəkdirdilər.
Sonra
təkbətək görüş oldu. Görüşdə
ölkələrimiz arasında dostluq və qardaşlıq
münasibətlərinin siyasi, iqtisadi, enerji, nəqliyyat sahələrində
və bütün digər sahələrdə uğurlu inkişafından
məmnunluq ifadə olundu. Bu səfərin ölkələrimiz
arasında ikitərəfli münasibətlərin daha da
genişlənməsi baxımından önəmi qeyd edildi.
Azərbaycan ilə Türkiyə arasında əlaqələrin
bundan sonra da genişlənəcəyinə əminlik ifadə
olundu.
Azərbaycan.-2014.- 5 aprel.- S.1.