Geniş tərkibdə görüş
Türkiyənin Baş naziri Rəcəb
Tayyib Ərdoğanın Azərbaycana işgüzar səfəri
Aprelin
4-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev ilə Türkiyə Respublikasının Baş
naziri Rəcəb Tayyib Ərdoğanın nümayəndə
heyətlərinin iştirakı ilə geniş tərkibdə
görüşü olmuşdur.
Azərbaycan Prezidenti İlham
ƏLİYEV dedi:
- Hörmətli cənab Baş nazir, əziz qardaşım, hörmətli qonaqlar. Bir daha Sizi ürəkdən
salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Fürsətdən istifadə edərək
bir daha rəhbərlik etdiyiniz partiyanın bələdiyyə
seçkilərində qazandığı
qələbə münasibətilə
ürəkdən təbrik
edirəm. Bu böyük qələbədir.
Gördüyünüz işlərə verilən böyük qiymətdir.
Çox şadam ki, bu gün biz görüşürük. Biz artıq geniş fikir mübadiləsi apardıq. Bir çox məsələləri
müzakirə etdik.
Bir daha əmin oluruq ki, Türkiyə-Azərbaycan
əlaqələri çox
möhkəm zəmin,
dostluq, qardaşlıq
üzərində qurulmuş,
strateji partnyorluq, tərəfdaşlıq səviyyəsinə
qalxmışdır. Bizi birləşdirən
bir çox layihələr vardır.
Onların hamısı uğurla
icra edilir. Əminəm
ki, səfəriniz gələcək əlaqələrimizin
inkişafı üçün
də çox faydalı olacaqdır.
Bir daha Sizi ürəkdən salamlayıram və “Xoş gəlmisiniz!” deyirəm.
X X X
Türkiyənin Baş naziri Rəcəb Tayyib
ƏRDOĞAN dedi:
- Mən də hörmətli Prezidentimizə
xüsusilə bu qəbullara görə çox təşəkkür
edirəm. Məlumdur, bizim ənənəvi
keçmişimizə baxdıqda
hər seçkilərdən
sonra ilk ziyarət etdiyimiz yer Azərbaycan
olur. Əlbəttə, bu seçkilərdən
sonra da. Əlbəttə, bu seçimin
bizim üçün
bir mənası da etimad göstərilməsi
idi. Bu seçkilərdən
də çox yüksək bir uğurla çıxdıq.
Bu ənənəmizi yerinə yetirmək üçün qardaş
Azərbaycana belə bir səfər etmək istədik.
Aramızda çox məhsuldar bir toplantı keçirdik. İstər ikitərəfli, istərsə də
regional münasibətlərimizi, prosesləri dəyərləndirməyə
fürsətimiz oldu.
İnanıram ki, bundan sonrakı müddətdə
də aramızdakı
bu münasibətlərimizi
davam etdirmək sürəti ilə Türkiyə-Azərbaycan həmrəyliyini
gələcəyə daha
güclü şəkildə,
güclənərək çatdıracağıq.
Mən də bu qəbula görə şəxsən
öz adımdan və nümayəndə heyətim adından çox təşəkkür
edirəm.
Sağ olun, var olun!
X X X
Prezident
İlham ƏLİYEV: Çox
sağ olun!
Azərbaycan.-2014.-
5 aprel.- S.1.