Azərbaycan və Xorvatiya
arasında turizm sahəsində
əməkdaşlıq
üçün geniş imkanlar mövcuddur
Xorvatiyanın
turizm naziri Darko Lorencin rəhbərlik etdiyi nümayəndə
heyəti İqtisadiyyat və Sənaye Nazirliyində
olmuşdur.
Nazirliyin
mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,
nazir Şahin Mustafayev ilə keçirilmiş
görüşdə Azərbaycan və Xorvatiya arasında
iqtisadi əlaqələr və əməkdaşlığın
genişləndirilməsi perspektivləri müzakirə
edilmişdir.
Nazir
Şahin Mustafayev yüksək səviyyəli səfərlərin,
keçirilən görüşlərin Azərbaycan və
Xorvatiya arasında iqtisadi münasibətlərin genişlənməsində
xüsusi rol oynadığını
vurğulamışdır. Bildirilmişdir ki, parlamentlərarası
dostluq qruplarının uğurlu fəaliyyəti, indiyədək
Azərbaycan və Xorvatiya arasında 20-yə yaxın sənədin
imzalanması əlaqələrin daha da inkişafı
baxımından mühüm əhəmiyyət kəsb edir.
İqtisadiyyatın müxtəlif sahələrində, o
cümlədən turizm sahəsində əməkdaşlıq
üçün geniş imkanların olduğunu diqqətə
çatdıran nazir Şahin Mustafayev ölkəmizin turizm
potensialı və bu istiqamətdə son vaxtlar görülən
işlər barədə də məlumat vermişdir.
Xorvatiyanın
turizm naziri Darko Lorenc Azərbaycana Beynəlxalq Səyahət və
Turizm Sərgisində iştirak etmək üçün gəldiyini
bildirmiş və ölkəmizin iqtisadi inkişafından məmnunluğunu
ifadə etmişdir. Mövcud imkanlardan səmərəli
istifadənin Xorvatiya və Azərbaycan arasında iqtisadi əlaqələrin
inkişafında əhəmiyyətini qeyd edən D.Lorenc
ölkəsinin turizm potensialı və bu sahədə əməkdaşlıq
imkanları barədə danışmışdır.
Azərbaycan.-2014.- 5 aprel.- S.6.