Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin

 "Azərbaycan Xalça Muzeyi" adlandırılması haqqında

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 93                    Bakı şəhəri, 3 aprel 2014-cü il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi "Azərbaycan Xalça Muzeyi" adlandırılsın.

2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2014.- 6 aprel.- S.1.