Səyahət sənədinin spesifikasiyası
Azərbaycan Respublikası Prezidentinin
2014-cü il 2 aprel tarixli Fərmanı ilə
təsdiq edilmişdir
2 nömrəli əlavə
1. Səyahət sənədi
(bundan sonra - sənəd) bir səhifədən ibarətdir.
Kağızının tərkibi 100 faiz
sellülozdan olan sənəd çoxçalarlı
intaqlio və metalloqrafik üsulla çap edilir. Kağız və istifadə olunan boya sənədin
lazer printerində çap edilməsi üçün müvafiq
hərarət dərəcəsinə
davamlı olmalıdır.
2. Sənədin səthi hamardır. Kağızın tərkibində görünən
fluoressent liflər vardır. Sənədin istehsalı üçün
istifadə olunan kağız optik cəhətdən ultrabənövşəyi
şüaları buraxmır.
İstehsalında gilyoş, mikroçap
və qabarıq çap üsullarından
istifadə olunur.
3. Sənədin şəxsi
məlumatlara aid hissəsi
“göy qurşağı”
çap üsulu ilə təsvir olunur. “AZƏRBAYCAN
RESPUBLİKASI/REPUBLİC OF AZERBAİJAN” və
“SƏYAHƏT SƏNƏDİ/ TRAVEL DOCUMENT” sözlərinin
yazılışında optik
dəyişən mürəkkəbdən
istifadə edilir.
Sənədin üzərində onun nömrəsi maqnetik mürəkkəblə
çap edilir. Sənədin bir sıra elementləri infraqırmızı
optik mürəkkəblə
təsvir olunur və qoruyucu əlamətlər sənədin
üzərində proporsional
şəkildə yerləşdirilir.
4. Sənəd üçün
istifadə olunmuş kağız və boya ən azı
10 (on) il öz keyfiyyətini və xüsusiyyətlərini
saxlamalıdır.
Azərbaycan.-2014.-
6 aprel.- S.1.