Beynəlxalq hava limanında qarşılanma

 

Azərbaycan Prezidenti İlham Əliyevin

 Naxçıvan Muxtar Respublikasına səfəri

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir.

Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov digər rəsmi şəxslər qarşıladılar.

Dövlətimizin başçısı fəxri qarovul dəstəsinin önündən keçdi.

Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikasının rəhbər şəxsləri ilə görüşdü.

 

Azərbaycan.-2014.- 8 aprel.- S.1.