Azərbaycan- Tacikistan Xarici İşlər nazirlikləri arasında
2014-2015-ci illər üzrə əməkdaşlıq
proqramı imzalanmışdır
Azərbaycan
Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov
ölkəmizdə rəsmi səfərdə olan Tacikistan
Respublikasının xarici işlər naziri Sirociddin Aslovun
başçılıq etdiyi nümayəndə heyəti ilə
görüşmüşdür.
AzərTAc
xəbər verir ki, görüşdə Azərbaycan ilə
Tacikistan arasında siyasi əlaqələrin mövcud səviyyəsinin
məmnunluq doğurduğu və əməkdaşlığın
dinamik surətdə inkişaf etdiyi qeyd olunmuşdur.
Nazir
E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin
həllində nümayiş etdirdiyi mövqeyinə görə
Tacikistan tərəfinə təşəkkür etmişdir.
Tacikistan
Respublikasının xarici işlər naziri Sirociddin Aslov Azərbaycanın
regionun lider dövləti olduğunu qeyd edərək, ölkəmizin
və xüsusilə paytaxt Bakının inkişafının
müsbət təsir bağışladığını
bildirmişdir.
Ölkələrimiz
arsında siyasi, iqtisadi, dağ-mədən sənayesi, sərmayələr,
nəqliyyat, təhsil və mədəniyyət sahələrində
əlaqələrin inkişaf etdirilməsi və beynəlxalq
təşkilatlar çərçivəsində əməkdaşlıq
məsələləri üzrə fikir mübadiləsi
aparılmış və ticarət əlaqələrinin
genişləndirilməsi istiqamətində səylərin
artırılmasının vacibliyi
vurğulanmışdır.
Görüşdə
rəsmi səviyyədə təmasların və
qarşılıqlı səfərlərin davam etdirilməsinin
əhəmiyyəti qeyd olunmuşdur.
Sonda
“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və
Tacikistan Respublikasının Xarici İşlər Nazirliyi
arasında 2014-2015-ci illər üzrə əməkdaşlıq
proqramı” imzalanmışdır. Proqramı Elmar Məmmədyarov və Sirociddin
Aslov imzalamışlar.
Azərbaycan.-2014.- 4 aprel.- S.3.