Milli Aviasiya
Akademiyasında dünya şöhrətli
futbolçu, SSRİ-nin
Əməkdar İdman Ustası və
Əməkdar Məşqçi Ələkbər Məmmədov
ilə görüş keçirilmişdir
Aprelin
8-də Milli Aviasiya Akademiyasında (MAA) dünya şöhrətli
futbolçu, SSRİ-nin Əməkdar İdman Ustası və
Əməkdar Məşqçi Ələkbər Məmmədov
ilə görüş keçirilmişdir.
AzərTAc
xəbər verir ki, tədbirdə çıxış edən
MAA-nın ictimai əlaqələr üzrə prorektoru Şəmsəddin
Axundov futbolçu ilə bağlı xatirələrini
danışmışdır.
Bildirmişdir
ki, futbolçu SSRİ yığma komandasının və
Moskva “Dinamo”sunun heyətində dünyanın 20-dən
artıq ölkəsində oyunlar keçirmişdir.
Vurduğu qollar, dəqiq ötürmələri sayəsində
həmişə diqqət mərkəzində olmağı
bacaran Ə.Məmmədov gözəl oyunu ilə o vaxt
futbolsevərlərin sevimlisinə çevrilmişdi.
Ə.Məmmədovun
uşaq yaşlarından futbol ilə məşğul
olduğunu diqqətə çatdıran Ş.Axundov,
qonağa MAA-nın rektoru Arif Paşayevin salamlarını
çatdırmışdır.
Sonra
Bakının AZAL futbol klubunun vitse-prezidenti Vaqif Qasımov əfsanəvi
futbolçunun ölkə daxilində və xaricində
keçirdiyi oyunlar barədə məlumat vermişdir. Qeyd
etmişdir ki, 18 yaşından Bakının “Neftçi”
klubunda debüt edən Ə.Məmmədov ötən
müddət ərzində paytaxt təmsilçisi ilə
yanaşı, Moskva “Dinamo”su və SSRİ yığma
komandasının da şərəfini qorumuşdur. Ə.Məmmədov
Moskva “Dinamo”sunun şərəfini qoruduğu 1954-1959-cu illərdə
heç vaxt özünü moskvalı kimi hiss etməmişdir.
O, həmişə “Neftçi”nin və respublikamızın
digər komandalarının çıxışlarını
izləmişdir.
AZAL
klubunun 9 nömrəli formasını qonağa təqdim edən
V.Qasımov futbolçuya uzun ömür və
cansağlığı arzulamışdır.
MAA-nın
idman kafedrasının müdiri, SSRİ İdman Ustası,
dosent Musa Musayev qeyd etmişdir ki, Azərbaycan futbolunun
veteranı Ələkbər Məmmədov İtaliyanın
“Milan” komandasının qapısına bir oyunda 4 qol vuraraq
rekorda imza atmışdır. Ələkbər Məmmədov
əfsanəvi komandanın qapısına bu qolları ötən
əsrin əllinci illərində - Moskvanın “Dinamo”
komandası ilə İtaliyanın “Milan” futbol klubu arasında
keçirilən görüş zamanı vurmuşdur. Bu,
Ələkbər Məmmədovun nə dərəcədə
peşəkar bir futbolçu olmasından xəbər verir.
Sonra
MAA-nın müxtəlif kafedralarının əməkdaşları
əfsanəvi futbolçuya xatirə hədiyyələrini təqdim
etmişlər.
Tədbirdə
əfsanəvi futbolçu Ələkbər Məmmədov
çıxış edərək bu görüşü təşkil
etdiyinə görə MAA-nın rektoru Arif Paşayevə minnətdarlığını
bildirmiş, Azərbaycanda idmana göstərilən dövlət
qayğısından danışmış və yaxın
günlərdə ölkəmizdə futzal üzrə UEFA
kuboku yarışlarının “Dördlər finalı”nın
keçiriləcəyini diqqətə
çatdırmışdır.
Ə.Məmmədov
qeyd etmişdir ki, böyük futbolun vətəni İngiltərə
hesab olunsa da, mini futbolun Azərbaycanda meydana gəldiyini
qürurla söyləmək olar. Hazırda ölkəmizdə
futbolun inkişaf etdirilməsi istiqamətində xüsusi
layihələr həyata keçirilir. Qazanılan uğurlar
da göz qabağındadır. “Qarabağ” və “Neftçi”
futbol komandaları ölkəmizi avrokubok
yarışlarında uğurla təmsil etmiş, futzal üzrə
milli komandamız isə yüksək səviyyəli
yarışlarda mübarizə aparmışdır. Ölkəmiz
mötəbər yarışlara yüksək səviyyədə
ev sahibliyi edir. Amma bununla kifayətlənmək olmaz.
Çünki ölkəmizdə idmanın inkişaf etdirilməsi
üçün lazımi infrastruktur
yaradılmışdır. Dövlətimizin
başçısı İlham Əliyev həmişə
idmana və idmançılara diqqət və qayğı ilə
yanaşır.
Əfsanəvi
futbolçunun yaradıcılığından və Azərbaycan
futbolunun inkişafından bəhs edən film nümayiş
olunduqdan sonra qonaq tələbələrin və müəllimlərin
suallarını cavablandırmışdır.
Azərbaycan.-2014.- 9 aprel.- S.12.