Fransanın vivonsnostemps.canalblog.com internet portalında

 Qarabağ atlarından bəhs edən məqalə yerləşdirilmişdir

 

Fransanın vivonsnostemps.canalblog.com internet portalında "Qarabağ atları" sərlövhəli məqalə yerləşdirilmişdir.

Yazıda qeyd olunur ki, Qarabağ atları üzərində oynanılan Azərbaycanın milli çövkən oyunu 2013-cü ilin dekabr ayında UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına  salınmışdır.

Qarabağ atı cinsinin dünyada məşhur olmasından məqalədə ətraflı bəhs olunmuşdur.

Arxeoloqların apardıqları tədqiqatlar nəticəsində ev heyvanı olan atların Azərbaycanda eramızdan dörd min əvvəl mövcud olduğu diqqətə çatdırılır, bir qədər sonra - orta əsrlərdə Qarabağ  atlarının ərəb, farsmonqol atları ilə birlikdə cıdır yarışlarında iştirak etdiyi və onların dəfələrlə qələbə qazandığı xüsusi vurğulanır.

Bu atlardan əsasən cıdır yarışlarında istifadə olunduğu diqqətə çatdırılan məqalədə daha sürətli, yüngül gedişli, harmonik bədən quruluşlu, cənub temperamentli, ağıllı və güclü  Qarabağ atlarına dünyada xüsusi maraq olduğu yer almışdır.  Məqalədə həmçinin 2004-cü ildə keçirilmiş yarışlarda Qarabağ cinsindən olan atın 1000 metrlik məsafəni bir dəqiqə doqquz saniyəyə qət etdiyi bildirilir.

Materialın tam mətnini http://vivonsnostemps.canalblog.com/archives/2014/04/05/29597931.html  internet resursuna daxil olmaqla tanış olmaq mümkündür.

 

Azərbaycan.-2014.- 9 aprel.- S.6.