Azərbaycan-İran sənədlərinin imzalanma mərasimi olmuşdur
Azərbaycan
Respublikasının Prezidenti İlham
Əliyevin İran İslam
Respublikasına rəsmi səfəri
Aprelin
9-da təkbətək görüş başa
çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin
və İran Prezidenti Həsən Ruhaninin iştirakı ilə
sənədlərin imzalanması mərasimi olmuşdur.
Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov və
İranın idman və gənclər naziri Mahmud Qudərzi “Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyi ilə
İran İslam Respublikasının İdman və Gənclər
Nazirliyi arasında gənclər və idman sahələrində
əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu
imzaladılar.
Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov və
İranın daxili işlər naziri Rəhmani Fəzli “Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə
İran İslam Respublikasının Daxili İşlər
Nazirliyi arasında fövqəladə halların idarə edilməsi
sahəsində əməkdaşlıq haqqında Anlaşma
Memorandumu”nu imzaladılar.
Azərbaycanın
ekologiya və təbii sərvətlər naziri Hüseynqulu
Bağırov və İranın yol və şəhərin
inkişafı naziri Abbas Axundi “Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi ilə İran İslam Respublikasının Yol və
Şəhərin İnkişafı Nazirliyi arasında
meteorologiya və əlaqədar məsələlərə
dair Anlaşma Memorandumu”nu imzaladılar.
Azərbaycanın
iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və İranın
energetika naziri Həmid Çitçian “Azərbaycan
Respublikası Hökuməti və İran İslam
Respublikası Hökuməti arasında “Ordubad” və “Marazad”
Su Elektrik stansiyalarının tikintisi və istismarı
haqqında Saziş”i imzaladılar.
Azərbaycan.-2014.- 10 aprel.- S.2.