Azərbaycan Prezidenti İlham Əliyev İranın rabitə və
informasiya texnologiyaları naziri,
hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi ilə görüşmüşdür
Azərbaycan Respublikasının
Prezidenti İlham
Əliyevin İran İslam
Respublikasına rəsmi səfəri
Xüsusi
müxbirimiz xəbər verir ki, aprelin 9-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev İranın
rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası
komissiyanın həmsədri Mahmud Vaezi ilə
görüşmüşdür.
Görüşdə
Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfərinin
ikitərəfli münasibətlərin genişlənməsi
baxımından əhəmiyyəti qeyd edildi. Azərbaycan və
İran prezidentlərinin apardığı müzakirələrin
hökumətlərarası komissiyanın işinə töhfə
verəcəyi vurğulandı. Səfər zamanı
aparılan müzakirələrin əlaqələrimizin daha
da genişlənməsində mühüm rol oynayacağı
bildirildi.
Azərbaycan.-2014.- 10 aprel.- S.3.