Ümummilli liderlik
örnəyi
Dünya xalqlarının özünəməxsus ölçü meyarları var. Və hər dəfə kiminsə böyüklüyünü, əzəmətini göstərmək istəyəndə onu meyar sayılan şəxsiyyətlərlə müqayisə edirlər.
MƏSƏLƏN:
* Sokrat - ən müdrik filosof;
* Siseron -
ən mahir natiq;
*
Loğman - ən bilikli həkim;
* İsgəndər
- ən böyük sərkərdə;
* Rüstəm-Zal
- ən güclü pəhləvan;
* Taleyran
- ən bacarıqlı diplomat;
*
Vaşiqton və Adenauer -ən ağıllı dövlət
başçıları kimi tarixə düşmüşlər.
Heydər Əliyev isə türk dünyasının
örnək ümummilli lideri səviyyəsinə yüksəlmişdir.
Bu, hər
bir Azərbaycan vətəndaşı və türk
övladı üçün fəxr və qürur mənbəyi
olmaqla yanaşı, həm də ulu öndərin tarixin
müəyyən dövründə vətəni, dövləti
və milləti naminə gördüyü şərəfli
işlərin məntiqi yekununun qiymətləndirilməsidir!
Azərbaycan
xalqı üçün çox adi və sadə sayılan
bir həqiqəti də xatırladaq:
Əgər
Heydər Əliyev olmasaydı və xalqın
çağırışı ilə yenidən ölkə rəhbərliyinə
qayıtmasaydı bu gün nəinki müstəqil və
modern Azərbaycan dövləti, ümumilikdə "Azərbaycan
dövləti" adlı anlayış belə olmayacaqdı!
Çünki maraqlı qüvvələr çoxdan onu
öz istəklərinə uyğun şəkildə
keçmişdəki kimi xırda xanlıqlara parçalayaraq
dünya xəritəsindən silmişdilər!
Biz bunu bu
gün-Krımın Ukraynadan qoparıldığı və
Ukrayna kimi böyük bir dövlətin parçalanmaq təhlükəsi
yaşadığı zamanda xatırlatmağı xüsusilə
vacib sayırıq!
Hazırda
bir sıra siyasətçilərin söylədikləri
maraqlı fikri də yenidən diqqətə çəkirik:
"Əgər Ukraynanın Heydər Əliyevi meydana
çıxmasa, vəziyyət heç də ürəkaçan
olmayacaqdır!"
Bu, təkcə
uzaqgörən siyasətçilərin ciddi xəbərdarlığı
deyil, həm də dünyanın Heydər Əliyevə
verdiyi dəyərdir!
* * *
HEYDƏR ƏLİYEV KİM İDİ?
İlk
baxışdan sadə görünsə də, heç də
asan olmayan suala ən qısa şəkildə cavab verilsə,
təxminən belə olar:
HEYDƏR
ƏLİYEV:
*
Xarizmatik şəxsiyyət;
* Qeyri-adi
zəka sahibi;
* Sovet
dövründə ən "qorxulu" və mühafizəkar
dövlət orqanında sıravi zabitlikdən
generallığa yüksəlmiş "qeyri-millət"in
nümayəndəsi.
* Kremlə
gedərək SSRİ kimi superdövlətə rəhbərlik
edənlərdən biri olan "türk oğlu";
* Hakimiyyət
olimpindən xəyanətkarcasına kənarlaşdırıldıqdan
sonra yenidən dövlət başçısı səviyyəsinə
yüksələn siyasətçi;
* Ən nəhayət,
əsl Azərbaycan KİŞİSİ idi!
* * *
HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQI VƏ
DÖVLƏTİ ÜÇÜN HANSI İŞLƏRİ
GÖRÜB?
Yenə
qısaca nəzərdən keçirək:
* Heydər
Əliyev Vətənini, millətini, dövlətini
bütün varlığı ilə sevən insan idi. Vətəninin
çiçəklənməsi, millətin yüksəlməsi,
dövlətin inkişafı üçün nə
mümkünsə etdi! Azərbaycanın
müstəqilliyini əbədiliyə və dönməzliyə
çevirdi.
* Heydər
Əliyev birinci dəfə Azərbaycana rəhbərliyə
başlayanda (1969-cu ildə) Azərbaycan geridə
qalmış, aqrar ölkə idi! Ulu öndərin
rəhbərliyi dövründə respublikamız SSRİ
miqyasında ön mövqelərə çıxdı və
özünü maliyyələşdirə bilən dörd
dövlətdən biri oldu.
* Heydər
Əliyev fitrətən rəhbər və lider idi! O,
insanları inandırmağı, səfərbərliyə
almağı, adamlar arasında ruh yüksəkliyi
yaratmağı və onları öz arxasınca
aparmağı bacarırdı.
* Heydər
Əliyev ən çətin və mürəkkəb vəziyyətlərdən
yeganə və doğru yol tapıb çıxmaq, qısa
zaman kəsiyində ən düzgün və cəsarətli
qərarlar qəbul etmək məharətinə yiyələnmişdi.
Müdriklik və uzaqgörənlik onun təbiətinə
xas əsas xüsusiyyət idi.
* Heydər
Əliyev Azərbaycan neft sənayesinin böhrandan
çıxarılmasına, bu sahəyə ittifaq büdcəsindən
kifayət qədər diqqət və vəsait
ayrılmasına, neft-kimya və neft-maşınqayırma sahələrinin
inkişafına, neftçilərin sosial vəziyyətinin
yüksəldilməsinə nail oldu.
* Heydər
Əliyev kənd təsərrüfatında dönüş və
dirçəlişin yaranmasını, məhsuldarlığın
və məhsul istehsalının artırılmasını, mərkəzi
hakimiyyətin dəfələrlə müvafiq qərarlar qəbul
etməklə respublikamıza əlavə xeyli vəsait
ayırmasını təmin etdi.
* Heydər
Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində
Azərbaycan kəndinin siması büsbütün dəyişdi,
palçıq komaların yerini ikimərtəbəli daş
evlər tutdu, Azərbaycan kəndlisinin məişəti və
həyatı tam yeniləşərək müasirləşdi.
* Heydər
Əliyev ölkədə elmin və təhsilin yüksəlməsinə,
yeni ali məktəblərin və ali məktəblərdə
yeni ixtisasların açılmasına, Azərbaycan gəncinin
mükəmməl bilik və ixtisas alaraq cəmiyyətin fəal
üzvünə çevrilməsinə hər cür şərait
yaratdı.
* Heydər
Əliyevin nüfuzu sayəsində hər il
yüzlərlə gənc keçmiş SSRİ-nin bir
çox şəhərlərindəki ali məktəblərə
göndərilərək ən nadir və gərəkli
ixtisaslar üzrə təhsil aldı, ölkənin gələcək
inkişafına zəruri kadr potensialı yaradıldı.
* Heydər
Əliyevin təşəbbüsü və iradəsi ilə
Naxçivanski adına hərbi təmayüllü
məktəb təşkil edildi, gənclərin hərbi
ixtisaslara yiyələnərək hərbi təhsil
almalarına əlverişli şərait
formalaşdırıldı.
* Heydər
Əliyevin sayəsində Azərbaycan musiqisi və mədəniyyəti
sürətlə inkişaf edərək dünyada
tanındı, bir sıra bəstəkarlarımız,
müğənnilərimiz, şair, yazıçı və
rəssamlarımız sovet dövrünün ən yüksək
təltif və mükafatlarına layiq görüldülər.
* Heydər
Əliyev Kremlə, SSRİ-nin rəhbərlərindən biri
kimi fəaliyyət göstərmək üçün
Moskvaya gedəndə doğma Azərbaycanı unutmadı,
respublikadakı vəziyyətlə maraqlanaraq daim dəstək
verdi, uğurlara şərait yaratdı,
çətin anlarda - 20 Yanvar faciəsində millətini və
xalqını tək qoymadı, ona həyan durdu.
* Heydər
Əliyev xalqının səsinə və
çağırışına biganə qalmayaraq yenidən
ölkə rəhbərliyinə qayıtdı, "Həyatımın
qalan hissəsini də xalqıma
bağışlayıram" deyərək müasir Azərbaycanın
memarına və qurucusuna çevrildi.
* Heydər
Əliyev qeyri-adi bacarığı, iradə və qətiyyəti
sayəsində Azərbaycanı məhvolma təhlükəsindən
qurtardı, xaos, anarxiya və özbaşınalıq
bataqlığından çıxardı, qısa müddətdə
ölkədə möhkəm və dönməz sabitlik
yaratdı.
* Heydər
Əliyev dövlət çevrilişi cəhdlərinin (4
oktyabr 1994 və 13-18 mart 1995-ci illər)
qarşısını "yalın əllə", qan
tökmədən aldı. Onun bir
çağırışı ilə xalq ayağa qalxaraq
ümummilli liderini və müstəqil dövlətini
müdafiə etdi, xain qəsdlərdən qorudu. Bu, tarixdə analoqu olmayan nadir hadisələrdən
sayılır.
* Heydər
Əliyev ulu Tanrının qoruduğu insanlardan idi.
Üç dəfə ona ünvanlanan sui-qəsd əməli
- Bakıya göndərilərək Milli Məclisin
qarşısında pusquda duran Türkiyə vətəndaşının
öz əməlini gerçəkləşdirmək istəyi,
səfərdən qayıdarkən təyyarənin yerdən
raketlə vurulması və keçəcəyi körpüyə
dinamit qoyularaq partladılması cəhdi yalnız
Tanrının köməyi ilə baş tutmadı.
* Heydər
Əliyev cari məsələləri dövlətin
qarşısında duran vəzifələrin uğurlu həlli
ilə məharətlə əlaqələndirməyi,
başqalarının həllinə aylar və illərlə
vaxt sərf etdiyi problemləri qısa müddətdə
çözməyi, eyni zamanda bir neçə məsələ
və problemlə məşğul olaraq onları uğurla
başa çatdırmağı bacaran dahilərdən idi.
* Heydər
Əliyev müharibə bölgəsində atəşkəsə,
ölkədə sabitliyə nail olduqdan sonra əvvəlki
iqtidarlardan heç birinin bacarmadığı bir işə
qol qoydu, qısa müddətdə "Əsrin müqaviləsi"nin hazırlanmasına və imzalanmasına nail
olaraq ölkədəki karbohidrogen ehtiyatlarının
xalqın rifahının və dövlətin milli
maraqlarının təmininə yönəltdi. Bu yoldakı maneələri böyük uzaqgörənliklə
aradan qaldırdı.
* Heydər
Əliyev Xəzər dənizinin neft və təbii qaz
ehtiyatlarını yenidən dünya üçün "kəşf"
edərək aparıcı dövlətlərin
maraqlarının Azərbaycan dövlətinin maraqları ilə
üst-üstə düşməsinə nail oldu, ölkəmizi
bu sahədə Avropanın ən etibarlı tərəfdaşına
və təchizatçısına çevirdi.
* Heydər
Əliyev bir anda ən düzgün qərarlar qəbul etməyin
ustası idi. 2001-ci ilin 11 sentyabrında
ABŞ-da baş verən və dünyanı lərzəyə
salan terror hadisəsinə dərhal reaksiya verərək faciəni
ciddi şəkildə və qətiyyətlə pislədi.
Terrorun bəşəriyyəti hədələyən
dəhşətli bəla olduğunu bəyan edərək Azərbaycanın
ABŞ-ın yanında olduğunu, ona dəstək verdiyini və
terrorizmin kökünün kəsilməsinə hər cür
yardım göstərəcəyini bildirdi, konkret köməklə
bağlı əməli addımlar atdı.
* Heydər
Əliyev qarşıya qoyulan məqsəd naminə sonadək
yorulmadan, qətiyyət və prinsipiallıqla
çalışırdı, yarıyolda dayanmaq, ruhdan
düşmək onun təbiətinə və xarakterinə
yad idi. Dövlətin və xalqın
maraqları naminə mübarizədə əzmkar və məğlubedilməz
idi.
* Heydər
Əliyev ensiklopedik biliyə, iti zəkaya və kompyuter
yaddaşına malik qeyri-adi şəxsiyyət
sayılırdı. Qısa zaman kəsiyində
hər bir sahə haqqında bilgi toplayır, mövcud problemləri
öyrənərək həlli yollarını tapır, maddi
və insan resurslarını məharətlə səfərbərliyə
alaraq böyük uğurlar qazanırdı. O, hər sahənin
adamı ilə həmin sahənin mütəxəssisi və
bilicisi kimi danışmağı, fikir mübadiləsi
aparmağı bacarırdı.
* Heydər
Əliyev insanlara qayğı göstərməyi, onları
mükafatlandırmağı sevirdi. Öz sahəsində zəhmətlə
çalışaraq uğur qazananlara mükafat, evsizlərə
ev verərək kömək durar, səhhətində
problem yarananları müalicə etdirərdi.
* Heydər
Əliyev anadangəlmə qözəl natiq, olduqca maraqlı
müsahib, incə yumor duyğusu olan insan, mahir diplomat idi. Onun
üçün söhbətə körpü salmaq, hiss
olunmadan bir mövzudan başqasına keçmək, yerinə
düşən şirin zarafat etmək, müsahibini ələ
alaraq inandırmaq, istədiyini ona qəbul etdirərək
mövqeyini sonadək saxlayıb müdafiə etmək
heç bir çətinlik törətmirdi.
* Heydər
Əliyevi qocalar da, cavanlar da, hətta uşaqlar belə
sevirdi. Bu sevgi təbii və səmimi idi. Çünki insanlar kimi, niyə sevdiklərini
gözəl anlayırdılar.
***
HEYDƏR ƏLİYEVİN AZƏRBAYCAN XALQI
QARŞISINDA ƏN MÜHÜM TARİXİ
XİDMƏTLƏRİ HANSILARDIR?
Onlardan
bir neçəsini yada salaq:
* Heydər
Əliyev müstəqil Azərbaycan dövlətinin yeni
Konstitusiyasının baş müəllifi oldu, onun işlənib
hazırlanmasına rəhbərlik etdi. Referendum
yolu ilə qəbul edilən bu möhtəbər sənəd
ölkəmizin bazar iqtisadiyyatı münasibətlərinə
keçidi zamanı təməl daşı funksiyasını
oynadı.
* Heydər
Əliyevin rəhbərliyi ilə iqtisadi, siyasi, hüquqi
islahatlar aparıldı, mətbuat və söz
azadlığı bərqərar olundu, demokratik dövlət
və vətəndaş cəmiyyəti quruculuğunda
uğurlu addımlar atıldı, Azərbaycan Avropa
Şurasına üzv seçildi.
* Heydər
Əliyevin başçılığı ilə birinci və
ikinci özəlləşdirmə proqramları hazırlanaraq
uğurla icra edildi, sovet dövründən qalmış obyektlər
dövlətsizləşdirilərək insanların xüsusi
mülkiyyət hüququ gerçəkləşdirildi.
* Heydər
Əliyev respublikanın regionlarında tikinti-quruculuq və
abadlıq işlərinin sürətləndirilməsinin,
qeyri-neft sektorunun inkişafının, sahibkarlığın
yüksəlişinin təməlini yaratdı.
* Heydər
Əliyev ən çətin və məsuliyyətli
islahatı - aqrar islahatı reallaşdırdı, uzun
dövrdən sonra torpaq daimi və təmənnasız şəkildə
Azərbaycan kəndlisinə - öz sahibinə
qaytarıldı.
* Heydər
Əliyev Milli Ordunun formalaşmasına dəyərli töhfələr
verdi, ordunun zabit kadrları ilə təmin
olunmasını, NATO ilə əməkdaşlığın
qurulmasını və NATO standartlarına keçidi təmin
etdi.
* Heydər
Əliyev Azərbaycanı informasiya blokadasından
çıxardı. 20 Yanvar faciəsinə və Xocalı
soyqırımına hüquqi siyasi qiymət verdi.
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi barədə həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması, habelə
problemin ədalətli həlli ilə bağlı beynəlxalq
qurum və təşkilatlarda səmərəli fəaliyyətin
əsasını qoydu.
* Heydər
Əliyev mətbuata senzura nəzarətini ləğv etdi, Azərbaycan
milli mətbuatının mövcudluğunun 123 ili ərzində
onu çərçivədə saxlayan "dövlət nəzarəti"
buxovunu cəsarətlə qırıb atdı.
* Heydər
Əliyev çadır şəhərciklərinin ləğvi,
qaçqın və məcburi köçkünlərin
yaşayış şəraitinin
yaxşılaşdırılması, onlar üçün
yeni qəsəbələr salınması sahəsində
mühüm işlər gördü.
* Heydər
Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi
Gününü təsis etməklə diaspor hərəkatının
güclənməsinə, dünyanın hər yerində
yaşayan azərbaycanlılar tərəfindən müstəqil
dövlətimizin maraqlarının qorunması yönündə
səmərəli işlər görülməsinə nail
oldu.
* Heydər
Əliyevin fəaliyyəti sayəsində ölkənin
birliyini və inkişafını təmin edən Azərbaycançılıq
ideologiyası işlənib hazırlandı, onun tərkib hissəsi
sayılan tolerantlıq və multikulturalizm cəmiyyət həyatının
əsas faktoruna çevrildi.
Azərbaycana
rəhbərliyi dövründə gördüyü
çoxsaylı, möhtəşəm və taleyüklü
işlər sayəsində Heydər Əliyev tək
özü ucalaraq ümummilli lider səviyyəsinə
qalxmadı, həm də Azərbaycan dövlətini və
xalqını yüksəldərək dünyada
tanıtdı!
Azərbaycan xalqı bu gün də Heydər Əliyev
siyasi kursu ilə inamla irəliləyir. Onun dünyada
tanınan, qəbul edilən özünəməxsus
inkişaf modeli var.
Azərbaycan BMT Təhlükəsizlik
Şurasının üzvüdür. Yüksək iqtisadi
artım sürətinə malik olmaqla beynəlxalq transmilli
layihələri özü maliyyələşdirmək
qüdrətindədir.
Azərbaycan
xalqı xoşbəxt xalqdır ki, onun dünyada tanınan və
qəbul edilən ümummilli lideri vardır və sonadək
öz liderinin müəyyən etdiyi yolla getmək qətiyyətindədir!
Azərbaycan
xalqının ümummilli lideri həm də ümummilli
liderlik örnəyinə çevrilmişdir!
Bu, hər
bir liderə və xalqa nəsib olmayan səadətdir!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2014.- 10 aprel.- S.4.