Heydər Əliyev Mərkəzində məşhur
britaniyalı
heykəltəraş
Toni Kreqqin fərdi sərgisi açılmışdır
Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva sərgi ilə tanış
olmuşdur
Aprelin 9-da Heydər Əliyev Mərkəzində müasir dünya incəsənətinin görkəmli nümayəndələrindən biri, məşhur britaniyalı heykəltəraş Toni Kreqqin fərdi sərgisi açılmışdır.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olmuşlar.
Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Mərkəzin həyata keçirdiyi layihələrdən geniş söhbət açmışdır. Diqqətə çatdırmışdır ki, Azərbaycanda müasir incəsənətlə bağlı tədbirlərin keçirilməsi böyük önəm daşıyır. Müasir İncəsənət Muzeyinin fəaliyyəti, “Fly to Baku” sərgisi, “YARAT” Müasir İncəsənət Məkanının həyata keçirdiyi layihələr müasir incəsənətin təbliğində mühüm rola malikdir.
Anar Ələkbərov Heydər Əliyev Mərkəzinin həyata keçirdiyi layihələrə göstərilən dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını bildirmişdir.
Diqqətə çatdırmışdır ki, bu gün Heydər Əliyev Mərkəzi Toni Kreqq studiyası ilə birgə əməkdaşlıq layihəsi çərçivəsində dünya şöhrətli heykəltəraşın əsərlərinin xüsusi təqdimatını reallaşdırır. Sərginin açılış mərasiminin müəllifin 65 illik yubileyinə təsadüf etdiyini qeyd edən Anar Ələkbərov Toni Kreqqi bu münasibətlə təbrik etmişdir.
Mərasimdə çıxış edən Toni Kreqq sərginin təşkili ilə bağlı dəvətə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin minnətdarlığını bildirmiş və sərginin təşkilində əməyi olan hər kəsə təşəkkür etmişdir.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov Toni Kreqqə təmsil etdiyi ali təhsil müəssisəsinin fəxri professoru diplomunu təqdim etmişdir.
Sonra sərgiyə baxış olmuşdur.
Avqustun 31-dək davam edəcək ekspozisiyada müəllifin 28 əsəri sərgilənir.
Toni Kreqq 1949-cu il
aprelin 9-da Böyük
Britaniyanın Liverpul şəhərində anadan
olmuşdur. O, 1966-1968-ci illərdə
Milli Kauçuk İstehsalı Tədqiqat
Assosiasiyasında texnik
işləmişdir. Sənətin sirlərini Çeltnem şəhərindəki Qlosterşir
İncəsənət Kollecində
öyrənməyə başlayan
Toni Kreqq daha sonra Uimbldon İncəsənət Məktəbində,
Kral İncəsənət
Kollecində təhsil
almışdır. O, 1977-ci ildə Böyük Britaniyanı tərk edərək Almaniyanın
Vuppertal şəhərinə
köçmüş və
sərgilərlə çıxış
etməyə başlamışdır.
Görkəmli sənətkar hazırda
Düsseldorf İncəsənət Akademiyasının rektorudur.
Toni Kreqq yaradıcılığının
ilk dövründə tullantılardan
və istifadə olunmuş materiallardan, köhnə metal konstruksiyalardan
hazırladığı əsərləri
ilə tanınmışdır.
Hazırda onun əsərlərinə
dünyanın bir çox yerlərində rast gəlmək mümkündür. Toni Kreqq böyük, monumental
kompozisiyaların müəllifidir.
Onun bürünc, mərmər, ağac, polad, plastik, keramika, çini və şüşədən
hazırlanmış heykəlləri
yalnız muzeyləri deyil, həmçinin
London, Liverpul, Bazel, Vyana, Düsseldorf, Vaşinqton,
Nyu-York, Atlanta, Stokholm
və digər şəhərlərin küçə
və meydanlarını,
korporasiya və bankların binalarını
bəzəyir.
Müxtəlif ölkələrdə 350-dən artıq fərdi sərgisi təşkil olunan Toni Kreqq 1988-ci ildə müasir incəsənət sahəsində
məşhur Törner
mükafatına, 2007-ci ildə
isə Yaponiyanın İmperator mükafatına
layiq görülmüşdür.
Azərbaycan.-2014.-
10 aprel.- S.5.