Azərbaycan müasir tikinti sənaye kompleksinə malikdir

 

10 aprel inşaatçılar günüdür

 

İndi ölkəmiz ən mürəkkəb tikinti layihəsini həyata keçirməyə qadirdir

 Azərbaycanda həyata keçirilən iqtisadi siyasət tikinti sektorunda da uğurların qazanılmasına təkan vermişdir. Qeyri-neft sektorunun inkişafına istiqamətlənmiş siyasət, xarici daxili investisiyalar üçün əlverişli şəraitin yaradılması, əsaslı kapitala qoyulan investisiyaların dəfələrlə artırılması nəticəsində Azərbaycanda  tikinti bumu yaşanır. Böyük vüsət alan inşaat işləri bir yandan dövlət tərəfindən ölkə əhəmiyyətli irimiqyaslı infrastruktur layihələrin reallaşması sosial obyektlərin inşa edilməsi, digər tərəfdən özəl sektorda  həyata keçirilən müxtəlif təyinatlı tikintilər hesabına baş verir.

Bütün bunlar dövlətin tikinti sektoruna külli miqdarda investisiya ayırmasının nəticəsidir. Ötən illərin statistik rəqəmlərinə diqqət yetirək: 2003-cü ildə Azərbaycanda tikinti sektoruna yönəldilən investisiyaların həcmi 1,7 milyard manata yaxın olmuşdur. Ölkə üzrə dövlət özəl tikinti müəssisələrinin həyata keçirdiyi tikinti işlərinin həcmi isə 900 milyon manat təşkil etmişdir. 2004-cü ildə tikinti sektoruna yönəldilən investisiyalar 2,5 milyard manata yaxınlaşmış, bütün mülkiyyət formaları üzrə həyata keçirilən tikinti işlərinin həcmi 1,4 milyard manat olmuşdur. 2005-ci ildə isə tikinti sektoruna yatırılan investisiyalar 3,1 milyard manata çatmışdır. Həmin il ölkədə təqribən 1,56 milyard manatlıq tikinti işləri həyata keçirilmişdir. 2008-ci ildə tikintiyə qoyulan investisiyalar artaraq 6 milyard manata yaxın olmuş, ölkədə 3,8 milyard manat inşaat işləri həyata keçirilmişdir. Nəhayət, 2010-cu ildə tikinti sektoruna 6,6 milyard manat investisiya yatırılmış   4,5 milyard manatdan çox tikinti işləri görülmüşdür. 2011-ci ildə  bu rəqəmlər müvafiq olaraq 7,8 6,1 milyard manata çatmışdır. Bundan bir il sonra isə tikinti kompleksində aparılan inşaat işlərində bütün maliyyə mənbələrindən ayrılan 15,3 milyard manat vəsaitdən istifadə edilərək təqribən 7,6 milyard manatlığa yaxın tikinti-quraşdırma işləri görülmüşdür. Beləliklə, bu illər ərzində Azərbaycanda həyata keçirilən tikinti işlərinin həcmi 8 dəfəyədək artmış nəticədə iqtisadiyyatın həmin sektoru sürətlə inkişaf edən sahələrdən birinə çevrilmişdir.

Sözügedən dövr həm Azərbaycanda tikinti sənayesində yeni sahələrin yaranmasına səbəb olmuşdur. Qeyri-neft sektorunun inkişafı, tikinti sektorunda müşahidə edilən yüksəliş ilk növbədə tikinti materialları sənayesinin yaranması ilə nəticələnmişdir. Azərbaycanda yeni texnologiyalar əsasında işləyən sement zavodları tikilmiş, metal konstruksiyaların istehsalına başlanmış, habelə müasir tikinti materialları istehsal edən müəssisələr yaradılmışdır. Müqayisə edək: 2003-cü ildə Azərbaycanda 68 milyon manatlıq tikinti materialları istehsal edilmişdisə, 2007-ci ildə - ölkədə tikinti bumunun geniş vüsət aldığı, ümumi daxili məhsul istehsalının ən yüksək göstəriciyə çatdığı bir vaxtda bu rəqəm sürətlə artaraq 253 milyon, 2008-ci ildə isə 352 milyon manata çatmışdır. Hətta dünyada qlobal iqtisadi böhranın hökm sürdüyü 2009-cu ildə Azərbaycanda tikinti materiallarının istehsalında azalma baş verməmiş, əksinə, istehsal edilən məhsulun həcmi  artaraq 452 milyon manatı ötmüşdür. İndi ölkədə 2003-cü illə müqayisədə dəfələrlə çox tikinti materialı istehsal olunur. Bu həm tikinti materialları sənayesində minlərlə yeni yerinin açılmasına, ölkənin tikinti materiallarına tələbatının çox hissəsinin yerli istehsal hesabına təmin edilməsinə imkan yaratmış, eləcə bütün ölkə boyu təzə yaşayış binalarının, fərdi bağ evlərinin inşası ilə yanaşı, yeni tikinti mənzil satışını həyata keçirən çoxsaylı yerli şirkətlərin yaranması ilə nəticələnmişdir.

Yeri gəlmişkən qeyd edək ki, dövlət tərəfindən qoyulan kapitalla bərabər əhalinin gəlirlərinin artması da tikintinin geniş miqyas almasına təkan verən amillərdən biridir. Məsələn, 2003-cü ildə tikilən 1 milyon 339 min kvadratmetr yaşayış sahəsinin 757 min kvadratmetri vətəndaşların şəxsi vəsaitləri hesabına başa gəlmişsə, 2011-ci ildə həmin rəqəm 1 milyon 600 min, 2012-ci ildə isə 1 milyon 748 min kvadratmetr təşkil etmişdir. Ümumilikdə təkcə 2004-2012-ci illər ərzində ölkədə 15 milyon 137 min kvadratmetr yaşayış sahəsi tikilmişdir ki, bunun da 10 milyon kvadratmetrdən çoxu vətəndaşların şəxsi vəsaitləri hesabına inşa edilən yaşayış sahələridir. Bu sırada dövlət tərəfindən Qarabağ müharibəsi əlillərinə, müharibə veteranlarına, qaçqın məcburi köçkünlərə, digər sosial qruplara tikilən yaşayış evlərini xüsusi qeyd etmək lazımdır.

2003-2013-cü illər həmçinin tikintidə yeni texnologiyaların tətbiqi ilə fərqlənir. Qeyri-neft sektorunda sənayeləşən, müasir texnologiyalar əsasında rəqabətədavamlı məhsullar istehsal edən sahələrdən biri tikinti sənayesidir. 2011-ci ildə ölkəmizdə Qafqazın ilk müasir tikinti materialları zavodu istifadəyə verilmişdir. Bu müəssisə innovasiya texnologiyaları əsasında qurulduğundan müasir standartlara tam cavab verir. Zavod Almaniyanın məşhur WERHANN şirkətinin yüksək texnologiyalı istehsal avadanlığı ilə təchiz edilmişdir.

Bu cür tanınmış əmtəə nişanı altında keyfiyyətli inşaat materialları istehsal edən zavodların istifadəyə verilməsi ölkədə sahibkarlığın inkişafına yaradılan şəraitin tikinti sektorunun inkişafına göstərilən qayğının nəticəsidir. Müasir müəssisələrin açılması, istehsal olunan məhsulların satışının təşkili minlərlə yeni yerinin açılmasına da imkan yaratmışdır. Eləcə ötən illər ölkədə iri sənayeləşmiş tikinti şirkətlərinin yaranması ilə müşayiət olunmuşdur. Əgər 2003-cü ilə qədər iri mürəkkəb tikinti layihələri əsasən xarici şirkətlərlə ortaqlıq şəraitində həyata keçirilirdisə, sonrakı illərdə bu vəziyyət yerli şirkətlərin xeyrinə dəyişmişdir. Hazırda Azərbaycanda mürəkkəb yol-nəqliyyat infrastrukturunun, iri sənaye müəssisələrinin müasir memarlıq üslubuna malik binaların tikintisini yerli şirkətlər həyata keçirir. Bu isə o deməkdir ki, indi Azərbaycan daxili potensialı hesabına istənilən iri tikinti layihəsini həyata keçirən bir ölkədir.

 

Rüstəm KAMAL,

Azərbaycan.-2014.- 10 aprel.- S.8.