Prezident İlham
Əliyev NATO baş
katibinin yeni təyin olunmuş müavinini qəbul
etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da NATO
baş katibinin yeni təyin olunmuş müavini Sorin Dukarunu qəbul
etmişdir.
NATO
baş katibinin yeni təyin olunmuş müavini Sorin Dukaru
NATO-nun baş katibi Anders Foq Rasmussenin salamlarını dövlətimizin
başçısına çatdırdı. NATO ilə Azərbaycan
arasında tərəfdaşlıq əlaqələrinin
artıq 20 illik tarixə malik olduğunu vurğulayan qonaq bu əlaqələrin
inkişafının önəmini qeyd etdi. Sorin Dukaru bildirdi
ki, ölkəmizə səfərinin əsas məqsədi
NATO-nun “Sülh Naminə Tərəfdaşlıq”
Proqramının 20 illik yubileyində və eləcə də
“Sülh və Təhlükəsizlik naminə elm” proqramı
üzrə keçiriləcək informasiya günlərində
iştirak etməkdir.
Dövlətimizin başçısı NATO-nun Brüsseldəki mənzil- qərargahında keçirdiyi uğurlu görüşləri, aparılan müzakirələri məmnunluqla xatırladı. Əməkdaşlığımızın böyük tarixə malik olduğunu vurğulayan Prezident İlham Əliyev tərəfdaşlıq əlaqələrimizin müxtəlif sahələrdə, xüsusi ilə enerji və Əfqanıstan ilə bağlı əməkdaşlıq sahəsində bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.
Azərbaycan Prezidenti İlham Əliyev Anders Foq Rasmussenin salamlarına
görə minnətdarlığını bildirdi,
onun da
salamlarını NATO-nun baş
katibinə çatdırmağı xahiş
etdi.
Azərbaycan.-2014.- 11 aprel.- S.1.