Əli Həsənov: “Prezident İlham Əliyevin İrana səfəri

 münasibətlərin inkişafında yeni mərhələnin təməlini qoydu

 

 

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin İrana rəsmi səfəri ilə bağlı aprelin 10-da APA İnformasiya Agentliyinə müsahibə vermişdir. AzərTAc müsahibəni təqdim edir.

- Əli müəllim, Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfəri zamanı hansı məsələlər müzakirə mövzusu oldu?

- Bilirsiniz ki, bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İran İslam Respublikasına artıq üçüncü rəsmi səfəridir. Azərbaycan və İranın dövlət başçıları bu ilin yanvarında Davos İqtisadi Forumu zamanı görüşərək ikitərəfli münasibətlərin müxtəlif aspektlərini müzakirə etmişdilər. Aprelin 9-da Prezident İlham Əliyevin İrana rəsmi səfəri kifayət qədər yüksək səviyyədə keçdi, ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə oldu və ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına, daha da güclənməsinə xidmət edəcəkdir. Azərbaycan Prezidenti səfər çərçivəsində İran Prezidenti cənab Həsən Ruhani, İranın Ali Rəhbəri cənab Seyid Əli Xamenei və digər rəsmi şəxslərlə görüşdü. Bu görüşlərdə İran-Azərbaycan münasibətlərinin faktiki olaraq bütün aspektləri geniş müzakirə olundu. Prezident İlham Əliyevin İran Prezidenti Həsən Ruhani ilə danışıqları zamanı iki ölkə arasında siyasi, iqtisadihumanitar əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edildi, mövcud potensialın daha da inkişafı ilə bağlı real imkanlar ətrafında fikir mübadiləsi aparıldı. Xüsusilə, qarşılıqlı sərmayə qoyuluşu, enerji, nəqliyyat, fövqəladə hallar, informasiya-kommunikasiya texnologiyaları, infrastruktur, mədəniyyət, gənclər-idman və digər sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edildi.

Dövlət başçılarının təkbətək görüşündən sonra İran ilə Azərbaycan arasında müxtəlif sahələr üzrə sənədlərin imzalanması mərasimi keçirildi. Tərəflər arasında “Gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Meteorologiya və əlaqədar məsələlərə dair Anlaşma Memorandumu”, “Ordubad” və “MarazadSu Elektrik stansiyalarının tikintisi və istismarı haqqında Saziş” imzalandı. Şübhəsiz, imzalanmış sənədlər ölkələrimiz arasında bugünkü mövcud əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi işinə mühüm töhfə verəcək.

Azərbaycan Prezidentinin İrana rəsmi səfəri zamanı müşahidə olunan ruh yüksəkliyi, səmimi şəraitdə keçən qarşılıqlı anlaşma dövlət başçımızın İranın Ali Rəhbəri cənab Seyid Əli Xamenei ilə görüşü zamanı da davam etdi. Cənab Xamenei Azərbaycan Prezidentinin səfərinin ölkələrimiz arasındakı əməkdaşlığın daha da genişlənməsi işinə xidmət edəcəyinə əminliyini vurğulamaqla yanaşı, həm də ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan etdi. Qeyd edim ki, Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində İranın bu prinsipial mövqeyi mətbuat üçün səsləndirdiyi bəyanatında İran Prezidenti Həsən Ruhani tərəfindən də xüsusi vurğulandı. İranın dövlət başçısı qeyd etdi ki, regiondakı bütün münaqişələr, o cümlədən Qarabağ münaqişəsi beynəlxalq səviyyədə qəbul edilmiş hüquq normaları və ədalət çərçivəsində öz həllini tapmalıdır, regiondakı coğrafi sərhədlərin dəyişdirilməsinə yol verilməməlidir.

- İran ilə Azərbaycan arasında münasibətlərdə bəzi narahatedici məsələlərin olduğu barədə mediada zaman-zaman məlumatlar verilirdi. Bu məsələlər ətrafında da müzakirələr aparıldımı?

- Müzakirələrin ümumi ruhu onu göstərdi ki, İran ilə Azərbaycan arasında münasibətlərin inkişafına mənfi təsir edə biləcək ciddi amillər yoxdur. İran və Azərbaycan dostqonşu olmaqla yanaşı, həm də müştərək tarixə malik, müştərək dini və mədəni dəyərləri bölüşən ölkələrdir. Bu ölkələrin müstəqil, öz milli maraqlarına uyğun daxilixarici siyasəti, öz strateji seçimi, dünyadaregionda gedən proseslərə öz baxışı mövcuddur. Dövlətlərarası ikitərəfli münasibətlərdə həm bu məsələlər, həm də ortaq və özəl maraqlar nəzərə alınır. Bununla yanaşı, biz zaman-zaman müəyyən qüvvələrin İran ilə Azərbaycan arasında ikitərəfli münasibətləri pozmaq, bir çox süni problemlər yaradaraq ölkələrimiz arasında etimadsızlıq mühiti formalaşdırmaq cəhdlərinin də şahidi olmuşuq. Dövlət başçılarının görüşləri zamanı bu məsələlərə də toxunulduümumi rəy ondan ibarət oldu ki, belə halları vaxtında müəyyənləşdirmək və qarşısını almaq lazımdır.

Görüşdə o da qeyd olundu ki, bu sahədə hər iki ölkənin kütləvi informasiya vasitələrinin üzərinə böyük məsuliyyət düşür. Bəzi hallarda KİV-də konkret məqsədlər güdən, qərəzli, qeyri-obyektiv informasiyalar yoxlanmadan yayımlanır və tirajlanır. Təəssüf ki, belə hallar zaman-zaman həm İran, həm də Azərbaycan mediasında müşahidə olunur. Ona görə də dövlət başçıları qərara gəldilər ki, belə halların qarşısını almaq üçün iki dövlətin müvafiq strukturlarının təmasları artırılmalı, müxtəlif müştərək komissiyalar yaradılaraq onların səmərəli fəaliyyəti təmin olunmalıdır. Düşünürəm ki, bu qərarlar əvvəlki illərdə müşahidə olunmuş mövcud mənfi halların aradan qaldırılmasında əhəmiyyətli rol oynayacaq.

- Səfərin ümumi nəticələrini necə qiymətləndirirsiniz? Fikrinizcə, Azərbaycan Prezidentinin səfəri İran-Azərbaycan münasibətlərinin gələcək inkişafına necə təsir göstərəcək?

- Səfərin gedişi, imzalanmış sazişlər, xüsusilə dövlət başçılarının görüşü və mətbuat üçün səsləndirdikləri bəyanat onu deməyə əsas verir ki, qonşu, dost və tərəfdaş dövlətlər olan İran ilə Azərbaycan arasındakı mövcud münasibətlər bundan sonrakı dövrdə yüksələn xətt üzrə inkişaf edəcəkdir. Ölkələr arasında gələcək münasibətlərin inkişaf konturları aydındır, regiondadünyada baş verən bir çox hadisələrə dair onların fikir birliyi mövcuddur. Prezidentlər bütün sahələr üzrə əməkdaşlığın uğurla inkişafında maraqlı olduqlarını ifadə etdilər və bunun üçün mövcud imkanları yüksək qiymətləndirdilər. Azərbaycan Prezidenti İlham Əliyev İran ilə Azərbaycanın həm ikitərəfli, həm də beynəlxalq səviyyədə, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı kimi təşkilatlar çərçivəsində əməkdaşlığının mövcud səviyyəsindən məmnunluğunu ifadə etdi. Hər iki dövlət başçısının nümayiş etdirdiyi mövqe onu deməyə əsas verir ki, siyasi, iqtisadihumanitar sahələr üzrə ölkələrarası əməkdaşlığın genişləndirilməsi siyasəti gələcəkdə daha səmərəli nəticələr verəcəkdir. İran Prezidenti Həsən Ruhanixüsusi olaraq vurğuladı ki, ölkələrimiz arasında əlaqələrin bütün səviyyələrdə inkişaf etməsi üçün onun ölkəsində də heç bir maneə yoxdur. Danışıqların ümumi gedişatı onu deməyə əsas verir ki, mövcud səmimi münasibətlər, qarşılıqlı faydalı əməkdaşlıq hər iki xalqın xeyrinədir və gələcəkdə regionda sülhün, təhlükəsizliyin təmin olunmasına xidmət edəcəkdir.

Hesab edirəm ki, Azərbaycan Prezidentinin İrana rəsmi səfəri iki ölkə arasında dostluq və tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi üçün mühüm mərhələnin başlanğıcı oldu. Səfər bir daha təsdiq etdi ki, İran-Azərbaycan əlaqələri möhkəm zəmin üzərində qurulub və qarşılıqlı maraqlara xidmət edir.

 

Azərbaycan.-2014.- 11 aprel.- S.2.