Naxçıvan Muxtar
Respublikası Ali Məclisində görüş
Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən
verilən məlumata görə, aprelin 9-da Ali Məclisinin Sədri
Vasif Talıbov Norveç Krallığının Azərbaycandakı
səfiri Erlinq Şönsberq ilə
görüşmüşdür.
Ali Məclisin
Sədri qonağı salamlamış, Naxçıvan Muxtar
Respublikasının 90 illik yubiley tədbirlərində
iştirakına görə ona təşəkkürünü
bildirmişdir. Muxtar respublika haqqında səfirə ətraflı
məlumat verən Ali Məclisin Sədri demişdir ki, qədim
tarixə malik olan Naxçıvan dünyanın ilkin
yaşayış məskənlərindəndir.
Azərbaycan-Norveç
əlaqələrinin yüksələn xətlə
inkişaf etdiyini diqqətə çatdıran Ali Məclisin
Sədri Naxçıvanın da Azərbaycanın tərkib
hissəsi kimi bu əlaqələrin inkişafında
yaxından iştirakının əhəmiyyətini
vurğulamışdır. Ali Məclisin Sədri təhsil, səhiyyə,
biznes və digər sahələrdə münasibətlərin
inkişafı üçün yaxşı potensialın
olduğunu bildirmiş, ikitərəfli əlaqələrin
genişləndiriləcəyinə əminliyini ifadə
etmişdir.
Səmimi
görüşə görə minnətdarlıq edən səfir
Erlinq Şönsberq Ali Məclisin Sədrini muxtar
respublikanın 90 illik yubileyi münasibətilə təbrik
etmişdir. Qonaq muxtar respublikada bütün sahələr
üzrə inkişafın və mövcud sabitliyin məmnunluq
doğurduğunu bildirmiş, ölkələrimiz
arasındakı münasibətlərin inkişafında səylərini
əsirgəməyəcəyini qeyd etmişdir.
Görüşdə
əlaqələrin hazırkı səviyyəsi və
perspektivləri ətrafında fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.-2014.- 11 aprel.- S.3.