A.Ş.Mehdiyevin Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi, eyni zamanda Azərbaycan Respublikasının Kuba Respublikasında, Yamaykada, Nikaraqua Respublikasında, Venesuela Bolivar Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Aqşin Şəfaət oğlu Mehdiyev Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi, eyni zamanda Azərbaycan Respublikasının  Kuba Respublikasında, Yamaykada, Nikaraqua Respublikasında, Venesuela Bolivar Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 11 aprel 2014-cü il

Azərbaycan.-2014.- 12 aprel.- S.1.