Qeyri-neft sənayesinin
inkişaf strategiyası
“Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyası fəaliyyətdədir
Azərbaycan iqtisadiyyatının qədim və ənənəvi
sahəsi olan yüngül sənaye geniş potensiala malikdir. Yüngül
sənaye müəssisələri, əsasən, pambıq,
yun, ipək (barama), gön-dəri və kimyəvi liflər
kimi xammal məhsullarının emalına əsaslanır.
Bu sahədə aparılan islahatlar nəticəsində
respublikada mövcud olan bütün yüngül sənaye
müəssisələri səhmdar cəmiyyətlərinə
çevrilərək özəlləşdirilməyə
açıq elan edilmiş və bir çoxu artıq özəlləşdirilmişdir.
Yüngül sənaye sahələrinin yenidən təşkil
edilməsi nəticəsində məhsul istehsalının həcminin
və keyfiyyətinin artımı müşahidə olunur. Xammal
emalı, toxuculuq və tikiş, dəri və dəridən
olan məmulatlar istehsalı sahələrində vəziyyət
daha da yaxşılaşmışdır. Respublikada
dəri, dəridən olan məmulatlar və ayaqqabı
istehsalında mühüm irəliləyişlər
olmuşdur, bu imkanlardan daha səmərəli istifadə edilməlidir.
Hazırda xalçaçılıq sahəsində
respublikanın şəhər və rayonlarında onlarca
müəssisə və sexlər fəaliyyət göstərir.
Pespektivdə bu sahənin xammal bazasının
möhkəmləndirilməsi, istehsal-texniki səviyyəsinin
artırılması, xalçaların keyfiyyətinin və rəqabətqabiliyyətinin
yüksəldilməsi istiqamətində tədbirlər
görülməlidir.
Azərbaycanda regionların iqtisadi potensialının tədqiqi
və perspektivdə bu istiqamətdə aparılan
araşdırmaların genişləndirilməsi yüngül
sənayedə səmərəli fəaliyyət göstərən
müəssisələrin müəyyənləşməsinə
yardım edəcəkdir. Yüngül sənaye
mallarına olan daxili təlabatın 90 faizi idxal hesabına
ödənilir və bu sahənin inkişafi üçün
böyük imkanlar yaradır. Yungul sənayenin inkişafının
təmin edilməsi bir çox tədbirlərin həyata
kecirilməsini zəruriləşdirir, o cümlədən
respublikada mövcud yerli sənaye muəssisələrinin yenidən
qurulması və fəaliyyətinin dəstəklənməsi;
müasir texnologiyalar əsasında yeni müəssisələrin
yaradılması və yerli xammal bazasının möhkəmləndirilməsi;
kiçik və orta biznesi təmsil edən emal və istehsal
müəssisələrinin yaradılmasında xarici ölkələrin
təcrübəsinin öyrənilməsi və tətbiqi;
dövlətin müəssisələrə modernləşmə
istiqamətində zəruri dəstəyin göstərilməsi;
bu sahədə fəaliyyət göstərən müəssisələrə
güzəştli kreditlərin verilməsi, onların mənfəət
vergisinin azaldılması; sərmayələrin cəlbinə
və investisiya layihələrinin dəstəklənməsinə
əlverişli mühitin yaradılması; Azərbaycanda qədim
ənənələrə malik yungul və toxuculuq sənayesində,
əsasən də geyim və digər geniş istehlak
mallarının istehsalı sahəsində fəaliyyətin
genişləndirilməsi və məhsulun keyfiyyətinin
artırılması istiqamətində muasir texnologiyaya əsaslanan
investisiya layihələrinin işlənib hazırlanması və
həyata kecirilməsi; yuksək keyfiyyətli və ekoloji cəhətdən
təhlukəsiz məhsul istehsalına imkan verən yeni
texnologiyaların və nou-hauların tətbiq edilməsi, rəqabətqabiliyyətinə
malik olan əl ilə toxunan xalcaların istehsalının
genişləndirilməsi, bu sahədəki muəssisələrin
fəaliyyətinin dəstəklənməsi.
Ölkədə kənd təsərrüfatı məhsullarının
emalı sənayesini inkişaf etdirmək imkanları yüksəkdir
və bu amil yeyinti sahəsinin inkişafı baxımından
önəmli rol oynayır. Xüsusilə,
heyvandarlıq kompleksində ağartı məhsullarının
alınması ilə MDB və Avropa bazarına çıxmaq
mümkündür. Həmçinin
taxılçılıq və əsas növ yeyinti məhsulları
ilə daxili bazarı təmin etdikdən sonra xarici bazarlara
çıxmaq perspektivləri genişlənir. Yeyinti məhsullarının
rəqabətqabiliyyətliyinin təmin edilməsi
üçün ilk növbədə bioloji komponentlərlə
zəngin yerli xammaldan istifadə etməklə məhsulların
mənimsənilməsi; məhsulun bioloji dəyərliliyinin və
dad keyfiyyətinin təmin edilməsi; məhsulun
qablaşdırılması ucun tara və avadanlıqlarla təminatın
gucləndirilməsi, məhsulların sterilləşdirilməsi
metodlarının tətbiqi;
xammalın emala daxil olmasından başlayaraq hazır məhsulun
qablaşdırılmasına qədər butun proseslərin
mexanikləşdirilməsi və
avtomatlaşdırılması; məhsulun saxlanması, nəqli
və emalı zamanı itkilərin azaldılması,
xammalın kompleks istifadəsi, təkrar xammal
resurslarının emalı və əlavə yeyinti məhsullarının
alınması; istehsal edilən məhsulların keyfiyyətinin
beynəlxalq standartların tələblərinə
uyğunlaşdırılması; yeyinti sənayesi müəssisələrinin
modernləşdirilməsi və yenidən qurulması ucun
investisiya qoyuluşlarının həcminin
artırılması vacib amillərdəndir.
Azərbaycanda ağac emalı və mebel istehsalı sahəsində
xeyli irəliləyişlər əldə olunmuşdur,
respublika əhalisinin mebel avadanlıqlarına olan tələbatının
yerli istehsalçılar tərəfindən ödənilməsi
müasir dövrün tələblərindəndir.
Tikinti materialları sənayesinin inkişaf etdirilməsi
üçün Azərbaycan Respublikası zəngin
yeraltı və yerüstü minerallara, təbii sərvətlərə
malikdir.
Əsasən ölkədə qum-çınqıl, gil, üzlük daş, sement xammalı, əhəngdaşı,
dolomit, mərmər, travertin, bazalt, qranit, vulkan tufu kimi
yataqların böyük ehtiyatı mövcuddur. Tikinti materialları yataqları üzrə
Abşeron coğrafi rayonunun ərazisi daha zəngindir. Burada istismar edilən Güzdək, Gülbaxt,
Korgöz, Qızılqaya yataqlarının təsdiq
olunmuş ehtiyatları ümumilikdə 218 milyon kubmetr təşkil
edir. Belə zəngin mineral-xammal
ehtiyatlarından müxtəlif çeşidli və yüksək
keyfiyyətli tikinti materialları istehsal etmək
mümkündür və onların səmərəli istifadəsi
ilə bağlı əsaslı tədbirlər görülməlidir.
Respublikada fəaliyyət göstərən daş
karxanalarında texniki təhlükəsizlik, əməyin
mühafizəsi, ekologiya və ətraf mühitin qorunması
tələblərinə məhəl qoyulmadan aparılan
istismar işləri nəticəsində qiymətli əhəngdaşı
yataqları səmərəsiz istifadə edilir. Müvafiq
tullantıların sement və əhəng istehsalında, yol
tikintisində yararlı xammal kimi istifadəsi mümkün
olduğundan bu işə diqqət
artırılmalıdır. İnvestisiyaların
cəlb edilməsi yolu ilə respublikanın mineral-xammal
resurslarının səmərəli istismarının təmin
edilməsi mümkünləşəcəkdir. Tikinti kompleksinin tələbatının ödənilməsi
üçün müasir tələblərə cavab verən,
keyfiyyətli məhsul istehsal edə biləcək
şüşə, sement və kərpic zavodlarının,
kafel, metlax istehsalı müəssisələrinin
sayının artırılması və mövcud xammal
bazası əsasında belə məhsulların respublikada
istehsalının genişləndirilməsi imkanları
yüksəkdir. Respublikada istifadə edilən
pəncərə şüşəsinin, yayma məhsullarının,
kafel və metlaxın, dam örtüyünün, boyaq-bəzək
məmulatlarının əksəriyyətinin daxili imkanlar
hesabına təmin edilməsi perspektivi yüksəkdir.
Tikinti işlərinin keyfiyyətlə
aparılmasında əsas inşaat materiallarından biri kimi
sementin rolu böyükdür. Bu sahədə sahibkarlıq fəaliyyəti
güclənərək, qısa müddət ərzində
Bakı, Sumqayıt, Gəncə, Şirvan, Mingəçevir
və Qazaxda, digər şəhər və rayonlarda orta
güclü və mini sement zavodları tikilib istifadəyə
verilmişdir. Sement istehsal etmək
üçün əsas xammal olan klinkerin xeyli hissəsi idxal
olunur. Digər komponentlər (gips, vulkanik
kül) respublikanın Goranboy və Ağstafa rayonları ərazisində
olan yataqlardan çıxarılır. Sement
müxtəlif markalarla buraxılır və onların
mövcud standartların, o cümlədən beynəlxalq
standartların tələblərinə cavab verməsi məsələsi
ciddi nəzarətdə olmalıdır.
Ölkədə qeyri-neft senayesinin inkişafı ilə
əlaqədar həyata keçirilən dövlət
proqramları və konkret tədbirlər iqtisadiyyatın
diversifikasiyası və yeni sənaye sahələrinin
inkişafı üçün geniş imkanlar
açmalıdır. Bütün bu kimi müsbət meyillər əsas
götürülərək, Azərbaycan Respublikasında
2014-2020-ci illərdə qeyri-neft sənayesinin inkişaf
prioritetlərinə aşağıdakılar aid edilir:
lregionlarda rəqabətqabiliyyətli və ixracyönümlü
məhsullar istehsal edən, müasir texnologiyalara əsaslanan
müəssisələrin yaradılması, bu ərazilərdə
istehsal olunan məhsulların region və dünya
bazarlarına ixracına stimul verilməsi;
* qeyri-neft sənaye sahələrinin iqtisadi
rayonlar üzrə inkişafının investisiya siyasətində
prioritet kimi nəzərə alınması;
* sənaye siyasətinin vacib hissəsi olan Xususi
İqtisadi Zonaların yaradılması məqsədilə zəruri
olan tədbirlərin həyata keçirilməsi;
* qeyri-neft sənayesinin inkişafına,
iqtisadiyyatın modernləşməsinə, innovativ və
elmtutumlu iqtisadiyyatın formalaşmasına, yüksək
texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye
istehsalının genişləndirilməsinə nail olmaq
üçün sənaye parklarının və komplekslərinin
yaradılması;
* standartlaşdırma siyasəti cərcivəsində
qeyri-neft sənaye sahələrində fəaliyyət gostərən
muəssisələrdə beynəlxalq standartların tətbiqinin
genişləndirilməsi;
* ölkə iqtisadiyyatı ücün böyuk əhəmiyyətə
malik olan kimya sənayesinin yenidən qurulması və
inkişafına nail olunması, istehsal olunan məhsulun keyfiyyətinin
yüksəldilməsi, onların emal dərinliyinin artırılması;
* Azərbaycanın
maşınqayırma sənayesinin inkişafının surətləndirilməsi,
istehsal olunan məhsulların xarici bazarlara
cıxarılmasının və rəqabətədavamlılığının
təmin edilməsi, neft-maşınqayırma sənayesinin
inkişafının bərpa edilməsi;
* zəngin ehtiyatlara malik qara və əlvan
metallurgiyanın inkişaf etdirilməsi;
* yüngul sənayenin inkişafının muasir
tələblərə uyğunlaşdırılması,
daxili və xarici bazarlarda bu məhsulların
rəqabətqabiliyyətinin yuksəldilməsi;
* yeyinti məhsullarının rəqabətədavamlılığının
təmin edilməsi ucun qiymətli bioloji komponentlərlə zəngin
yerli xammaldan istifadə etməklə məhsulların mənimsənilməsi,
bu məhsulların bioloji dəyərliliyinin və dad keyfiyyətinin
artırılması;
* ölkədə yeni və müasir sahə
olan nanotexnologiyanın inkişafına nail olunması, bu sahədə
olan bütün imkanların səfərbər edilməsi;
* respublikada kosmik sənayenin yaradılması,
inkişafı üçün işlərin sürətləndirilməsi;
* gəmiqayırma sahəsində tədbirlərin
genişləndirilməsi və bu sahənin inkişaf
imkanlarının artırılması;
* elektron və digər avadanlıqların
istehsalının genişləndirilməsi, bu sahədə
ixtisaslaşmanın dərinləşdirilməsi;
* tikinti materialları sənayesinin inkişaf
etdirilməsi, bu sahədə mövcud olan xammal və
ehtiyatlardan istifadənin ekoloji cəhətdən səmərəliliyinin
artırılması.
Sənaye müəssisələrinin müasir
texnologiyalar əsasında yenidən qurulması, onların
modernləşdirilməsi, yerli resurs və xammalla işləyən,
ixracqabiliyyətli məhsullar istehsal edən sənaye komplekslərinin
yaradılması, rəqabətədavamlı sənaye istehsalının
genişləndirilməsi qeyri-neft sənayesinin əsas
inkişaf prioritetləridir. Qeyri-neft sənayesinin
prioritet inkişafını, bu sahədə dayanıqlı
artım tempini təmin etmək üçün ölkədə
zəruri tədbirlər həyata keçirilməlidir.
Ilk növbədə sənaye sahəsində yuksək
texnoloji və elm tutumlu istehsal sahələrinin
inkişafına üstünlük verilməsidir; müəssisələrin
texniki-texnoloji cəhətdən yenidən qurulması, muasir
idarəetmə metodlarının tətbiqinə diqqət
artırılmalıdır; müqayisəli
üstünlüyə malik və rəqabətədavamlı
sənaye məhsullarının istehsalının genişləndirilməsi
vacib məsələdir; idxalı əvəz edəcək və
ixracyönümlü məhsulların istehsalının
stimullaşdırılması; sənaye klasterlərinin
yaradılması və sənayenin strukturunun secilmiş
inkişaf istiqamətlərinə uyğun olaraq yenidən
qurulması; investisiya-innovasiya proseslərinin
stimullaşdırılması, enerji və resursa qənaət
edən, ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqinin
surətləndirilməsi; investisiya mənbələrinin
müəyyənləşdirilməsi və səmərəliliyinin
artırılması; sənayenin inkişaf tempinin və əmək
məhsuldarlığının yüksəldilməsinin
prioritetliyinin təmin edilməsi; dünya sənaye əmtələri
bazarının cari və gələcək konyunkturası
haqqında informasiyalara malik marketinq sisteminin yaradılması;
qeyri-neft sənayesində innovasiya fəallığının
yuksəldilməsi ilə bağlı qanunverici bazanın təkmilləşdirilməsi
və bu sahədə stimullaşdırıcı mexanizmlərin
tətbiqi; qeyri-neft sənayesinin inkişaf etdirilməsi məqsədilə
sənaye şəhərciklərinin, texnoparkların, xususi
iqtisadi zonaların yaradılması; vergi və gömruk siyasətinin
təkmilləşdirilməsi, ixracın dəstəklənməsi
və daxili bazarın qorunması sisteminin möhkəmləndirilməsi;
elmi-texniki və konstruktor işlərinin genişləndirilməsi,
patent fəaliyyətinin gücləndirilməsi məsələləri
həllini tapmalıdır.
Qlobal rəqabət mühitində inkişaf etməkdə
olan qeyri-neft sənayesi ənənəvi sahələrlə
yanaşı, yeni məhsul istehsalı üzərində
qurulan müasir tipli sahələrin yaranması ilə də
xarakterizə olunmalıdır.
Azərbaycan iqtisadiyyatının və sənayesinin rəqabətqabiliyyətli
inkişafı ilk növbədə iqtisadi artımın yeni
keyfiyyətini təmin edən bilik iqtisadiyyatına keçidi
tələb edir. Onun başlıca xarakteristikası isə
yüksək texnologiyalı sahələrin dinamik
inkişafı, tədqiqat və işləmələrə
investisiya qoyuluşunun intensiv artımı, məhsul və
xidmətlərin elm tutumluluğunun, müəssisələrin
innovasiya fəallığının yüksəldilməsi və
iqtisadiyyatda innovasiya mənfəətinin
artırılmasına nail olunmasıdır.
Mövcud
ehtiyatlardan maksimum istifadə edərək onların qeyri-neft sənayesinin tələbatlarının
ödənilməsinə yönəldilməsi istiqamətliyi
təmin olunmalıdır. Bu amilin
reallaşdırılması üçün elmi-texniki tərəqqinin
ən yeni nailiyyətləri əsasında istehsalın daha da
inkişaf etdirilməsi və hərtərəfli
formalaşdırılmış müasir sənaye sahələrinin
təşəkkülü prosesi həyata keçirilməlidir.
Qeyri-neft sənayesinin strukturunda aparılan keyfiyyət dəyişiklikləri
iqtisadi siyasətin mühüm tərkib hissəsinə
çevrilməlidir. Sabit iqtisadi artımın əsas mənbəyi
kimi yeni texnoloji bazanın müasirləşdirilməsi vəzifəsi
təmin olunmalıdır. Mövcud
köhnə istehsal fondlarının və texnologiyaların həcminin
tədricən azaldılması, kapital axınının
köməyi ilə yenilərinin payının artması
prosesi davam etdirilməlidir.
Xammalyönümlü
iqtisadiyyatdan innovasiyayönümlü iqtisadiyyata keçid
qeyri-neft sənayesi sahələrində əsas hədəflərdən
birinə çevrilməlidir. Azərbaycanda hasilat və
emal sənaye sahələri arasında əlaqəni gücləndirməklə
rəqabətqabiliyyətli məhsul istehsalına nail
olunmalıdır. Sənaye istehsalının
inkişafında istehsalın innovasiya tutumlu bazasının
yeniləşməsi, onun səmərəliliyinin və rəqabətqabiliyyətliyinin
artmasına cavab verən sahə strukturunun formalaşması
prosesi təmin edilməlidir.
Yanacaq-energetika kompleksi məhsul və xidmətlərin əsas
sifarişçisi rolunu öz üzərinə götürməklə
bu sahə bir-birini qarşılıqlı surətdə
tamamlayan yanacaq-energetika kompleksi, neft
maşınqayırması və metallurgiyanın birləşməsi
kimi qırılmaz əlaqəliliyi təmin etməlidir. Belə
inkişaf tendensiyası maşınqayırmanın bərpasına
və metallurgiyanın rasional inkişafına, istehsal
gücündən maksimal istifadə edilməsinə,
bahalı xarici avadanlıq və texnologiyaların
alınmasının azalmasına gətirib
çıxaracaqdır. Kimya və
neft-kimya sahələri investisiya layihələri
üçün cəlbedici sahələrdəndir, neft-qaz
hasilatı ölkədə kimya və neft-kimya sahələrinin
əsas inkişaf hədəflərinin müəyyən edilməsində
önəmli rol oynamalıdır.
Ölkədə yerli xammal və resurslardan qeyri-neft sənayesində
istifadə əlaqəliliyi gücləndiriləcəkdir. Bütün
bu bağlılıq xammal-resurs, emal və istehsal sənaye sahələrinin
inkişafını stimullaşdıracaqdır.
Qeyri-neft sənaye müəssisələrinin
restrukturizasiyasının aparılmasında müəyyənedici
istiqamət yüksək texnoloji, elmtutumlu istehsalın
inkişafıdır. Bu inkişaf meyli rəqabətqabiliyyətli
məhsul buraxılışını və onun xarici bazarlara
çıxışını təmin edəcək.
Regionlarda yerli xammala əsaslanan sənaye müəssisələrinin
fəaliyyətinin keyfiyyətcə müasir səviyyədə
qurulması və yeni müəssisələrin
yaradılması siyasəti həyata keçirilməlidir. Proqramın əhatə
etdiyi dövrdə ölkədə qeyri-neft sənaye sahələrindən
olan metallurgiya, gəmiqayırma, kimya və emal sahələrində yeni müəssisələr
inşa ediləcəkdir. Sənaye müəssisələrində
innovasiya yönümlü texnologiyaların tətbiqi
stimullaşdırılacaq, ixtisaslaşmış və
xüsusi təyinatlı sənaye şəhərcikləri
yaradılacaqdır. Ölkədə
iqtisadi rayonların potensial imkanları nəzərə
alınmaqla xüsusi iqtisadi zonaların yaradılmasına və
sənaye şəhərciklərinin qurulmasına üstünlük
veriləcəkdir.
Qeyri-neft sənayesinin ənənəvi istehsal sahələrinin
(metallurgiya, maşınqayırma, elektrotexnika, yüngül sənaye,
yeyinti sənayesi və s.) inkişaf etdirilməsi və ixrac
imkanlarının artırılması ilə yanaşı, rəqabətqabiliyyətli
yeni istehsal sahələrinin yaradılması da dəstəklənəcək. Ölkənin
qeyri-neft senayesinə yerli və xarici investisiyaların cəlb
edilməsinin intensivləşdirilməsi məqsədilə
stimullaşdırıcı mexanizmlər tətbiq ediləcək,
ixracyönümlü qeyri-neft sektorunun inkişafı məqsədilə
dövlət və özəl sektorun investisiya əməkdaşlığı
aparılacaq.
Ərzaq təhlükəsizliyi baxımından
xüsusi əhəmiyyət kəsb edən sahələrdən
biri kimi kənd təsərrüfatı məhsullarının
istehsalı və emalına xüsusi diqqət yetiriləcək,
bu sahənin inkişafı əsasında müasir texnologiyaların
tətbiqi yolu ilə mövcud emal müəssisələrinin
istehsal gücünün artırılması və yeni belə
müəssisələrin yaradılması istiqamətində
kompleks tədbirlər həyata keçiriləcəkdir.
Azərbaycan
Respublikasında innovasiyalı inkişafa əsaslanan, rəqabətqabiliyyətli
qeyri-neft sənayesinin yaradılması aşağıdakı
istiqamətliliyi özündə ehtiva edəcək:
* qeyri-neft sənaye sahələrinin strukturunun və
texnoloji bazasının təkmilləşdirilməsi;
* qeyri-neft sənaye sahəsində texnoloji tərəqqiyə,
yeni nəsil avadanlıq istehsalına
yönəlmiş istiqamətliyin inkişafı;
* yeni elmtutumlu, resursaqənaətedici və bioməhsulların,
nanotexnologiyaların istehsalının təşkili;
* qeyri-neft sənaye sahələrinin təkmil
infrastruktur sisteminin yaradılması;
* qeyri-neft sənaye sahələrinin inkişafında
innovasiyayönümlü istiqamətin
aparıcılığının təmin edilməsi ilə,
intellektual qabiliyyətli və yüksək ixtisaslı kadr heyətinin
hazırlanması;
* qeyri-neft sənaye sahələrinə investisiya
qoyuluşlarını stimullaşdırmaqla yerli xammal və resurslardan rəqabətqabiliyyətli
məhsul istehsalına nail olunması;
* səmərəliliyin, məhsuldarlığın
və rəqabətqabiliyyətinin artırılmasına əsaslanaraq
sahə strukturunun, istehsal prosesinin restrukturizasiyasının həyata
keçirilməsi;
* qeyri-neft sənaye sahələri ilə digər
sahələr arasında effektli təsərrüfat münasibətlərinin
yaradılmasının sürətləndirilməsi;
* intensiv regional və texnoloji inteqrasiyanın
qurulması;
* qeyri-sənaye sahələrinin fəaliyyətinin
yeni bazarlara yönəldilməsi;
* qeyri-sənaye sahələrində ixraca
yönümlü məhsulların istehsalına nail
olunması;
* qeyri-neft sənayesinin regional inkişafına
nail olunması;
* qeyri-neft sənayesində ənənəvi sahələrin
inkişafının təmin edilməsi, bu sahələrdə
rəqabət mühitinin genişləndirilməsi;
* istehsal prosesində, məhsul istehsalında beynəlxalq
standartların tətbiq edilməsi.
Azərbaycan
Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi
ilə bağlı həyata keçirilən konsepsiyalar,
proqramlar, həmçinin qeyri-neft sənayesinin inkişaf proqramı 2014-2020-ci
illərdə qeyri-neft sənayesində bir cox inkişaf hədəflərinin
əldə olunmasına təminat yaradacaqdır:
- qeyri-neft ÜDM-nin həcminin iki dəfədən
çox artırılması;
- qeyri-neft sektoru üzrə adambaşına
düşən ixrac həcminin 1000 dollara
çatdırılması;
-
qeyri-neft sənayesi üzrə ÜDM-in orta illik real artım
tempinin 7 faizdən çox yüksəldilməsi;
- qeyri-neft sənayesində davamlı artım
tempinin təmin edilməsi, bu sahələrə investisiya
yatırımlarının iki dəfəyə yaxın artırılması;
- qeyri-neft sənayesinin inkişaf
potensialının yüksəldilməsi, bu sahələrdə
innovasiya yönümlü məhsul istehsalının
genişləndirilməsi;
- qeyri-neft sənayesində çoxsahəli,
innovasiya yönümlü güclü strukturun
yaradılması.
Müəyyən edilmiş hədəflərə
çatmaq üçün iki istiqamətdə qeyri-neft sənaye
sahəsinin rəqabətqabiliyyətinin artırılması
və strukturunun təkmilləşdirilməsi üzrə tədbirlər
həyata keçiriləcək. İqtisadiyyatın rəqabətqabiliyyətinin
artırılması makroiqtisadi sabitliyin qorunması, monetar və
fiskal siyasətin koordinasiyasının gücləndirilməsi,
maliyyə xidmətləri bazarının inkişaf etdirilməsi,
biznes mühitinin daha da yaxşılaşdırılması və
özəl təşəbbüsün dəstəklənməsinin
genişləndirilməsi kimi hədəflərə nail
olunması da qeyri-neft sənayesinin inkişafına əsaslı
təkan verəcək.
Azərbaycanda inkişafın ağırlıq mərkəzi
sadəcə olaraq qeyri-neft sənayesinin üzərinə
deyil, əsasən onun mütərəqqi texnika, texnologiya,
elmi yeniliklər tətbiq edən sahələrinin üzərinə
keçəcək.
Qeyri-neft sənayesinin inkişaf hədəflərinin təmin
edilməsi, sahənin perspektiv istiqamətlərinin əsaslı
şəkildə şaxələndirilməsi ilə
bağlı olacaq. Qeyri-neft sənayesinin valyuta və mənfəət
gətirən əsas baza sütunları innovativ modellər
kimi sənaye parklarının, texnoparkların
yaradılmasından ibarət olacaq. Bu modellər ölkədəki
mövcud və yeni biliklərin, ixtiraların texnologiyalara və
texnologiyaların kommersiya məhsuluna çevrilməsinə səbəb
olub, elmtutumlu müəssisələr vasitəsilə
texnologiyaların sənaye sferasına ötürülməsinə,
biznes sahəsində müəssisələrin dəstəklənməsinə,
sənayenin strukturunun yenidən qurulmasına, regional qeyri-bərabər
inkişaf səviyyəsinin azalmasına, məşğulluq
probleminin həllinə, yüksək texnologiyalar sahəsində
elmi-texniki nailiyyətlərin sürətli tətbiqinə gətirib
çıxaracaq.
Azərbaycan Respublikasının qeyri-neft sənayesində
baş verən müsbət inkişaf meyilləri bu sektorun
perspektiv inkişaf ssenarilərinin konkretləşdirilməsini
labüdləşdirir. Perspektivdə
qeyri-neft sənayesinin inkişaf ssenarisinin seçimində sənaye
istehsalının dayanıqlı və yüksək artım
templərinin təmin edilməsi, onun strukturunun təkmilləşdirilməsi
və səmərəliliyinin artırılması əsas
olaraq götürülməlidir. Bu sahədə
əsas istiqamətlər istehsal avadanlıqlarının
yüksək mənəvi və fiziki
aşınmasının aradan qaldırılmasından, milli məhsulun
rəqabətqabiliyyətliliyinin, investisiya və innovasiya fəallığının
artırılmasından, qeyri-neft sənayesinin daha sürətli
inkişafından və emal fəaliyyət növlərinin
stimullaşdırılmasından ibarət olacaqdır. Yaradılan əlverişli investisiya mühiti, təsərrüfat
fəaliyyətinin inkişafı ilə bağlı həyata
keçirilən islahatlar 2014-2020-ci illər ərzində
qeyri-neft sənaye sahələrinin daha intensiv
inkişafını təmin edəcək.
Qeyri-neft
sənayesinin perspektiv inkişaf ssenarsinin seçimi
aşağıdakı istiqamətlərin əhatə
olunmasını özündə ehtiva edəcəkdir:
* restrukturizasiya və özəlləşdirmə
prosesinin sürətləndirilməsi;
* satış bazarı olan və yenidən
qurulması iqtisadi cəhətdən məqsədəuyğun
hasab edilən müəssisələrin fəaliyyətinin bərpası;
* müasir texnologiyalara əsaslanan sənaye
müəssisələrində beynəlxalq standartların tətbiqinə
keçidin sürətləndiriməsi;
* azad rəqabət mühitinin inkişaf etdirilməsi;
* investisiyaların təşviqi ilə
bağlı həyata keçirilən tədbirlərin
genişləndirilməsi;
* ənənəvi sənaye sahələrinin inkişafı;
* innovasiya yönümlü və elm tutumlu
istehsalın inkişaf etdirilməsi.
Azərbaycan
Respublikasında qeyri-neft sənayesinin inkişafında iki
ssenaridən istifadə ediləcək: investisiya ssenarisi və
innovasiya ssenarisi.
İnvestisiya fəallığı ölkənin istehsal
sahələrinin, xidmət sektorunun sosial-iqtisadi nəticələrinin
effektliyini artırıb, milli iqtisadiyyatın makroiqtisadi
göstəricilərini yüksəltməklə müasir
inteqrasiya, qloballaşma dövrünün tələblərinə
uyğun düşünülmüş, uzunmüddətli
iqtisadi siyasət xəttinin əsas tərkib hissəsini təşkil
etməkdədir. Qeyri-neft sənayesinin investisiya ssenarisinin seçimi
aşağıdakı səbəblərlə
bağlıdır:
* yeni obyektlərin yaradılması və
müasir tələblərə uyğun qurularaq fəaliyyət
göstərən müəssisələrin inkişafı;
* istehsal güclərinin artırılması məqsədilə
müəssisələrin müəyyən fəaliyyət
sahələrinin, yaxud mövcud sexlərinin genişləndirilməsi;
* istehsalın texniki-iqtisadi səviyyəsini
yüksəltməklə müəssisənin və ya
ayrı-ayrı struktur bölmələrin, sexlərin
texniki-texnoloji cəhətdən silahlandırılması;
* müəssisənin əsas istehsal
fondlarının modernləşdirilməsi;
* müəssisənin dövriyyə vəsaitlərinin
investisiya təminatı;
* qiymətli kağızlar (səhmlər,
istiqrazlar, sertifikatlar) vasitəsilə müəssisəyə
investisiya yatırımları;
* yeni və orijinal məhsulların istehsalına
investisiyalar;
* fəaliyyətdə olan istehsal sahələri
çərçivəsində yeni növ məhsullar
istehsalına qoyulan investisiyalar;
* intellektual dəyərlərin inkişafına
yönələn investisiyalar (kəşflər, nou-hau,
ixtiralar, elmi tədqiqatlar).
İnvestisiya ssenarisi qeyri-neft sənayesinə daxil olan ənənəvi
sahələrin maddi-texniki bazasının təkmilləşdirilməsinə,
onların rəqabətyönümlü məhsul istehsal etməsinə,
infrastruktur sisteminin təkmilləşdirilməsinə, müəssisələrin
ixrac potensialının yüksəldirməsinə yönəldiləcəkdir. Bu ssenari kimya,
maşınqayırma, metallurgiya, yeyinti, yüngül və
digər sənaye sahələrinə investisiya
yatırımı imkanını artıracaqdır. Ölkədə istehsal olunan avadanlıqların
keyfiyyətinin artırılması və müasir bazar tələblərinə
uyğunlaşdırılması əsaslı investisiya
qoyuluşları vasitəsi ilə həyata keçiriləcək.
Belə inkişaf tendensiyası əvvəllər
xarici ölkələrdən idxal olunan bir çox malların
tədricən Azərbaycanda istehsal olunmasına imkan
yaradacaqdır.
İnvestisiya ssenarisi 2020-ci ilədək və ondan
sonrakı dövrdə sənaye istehsalının
dayanıqlı və yüksək artım templərinin təmin
edilməsinə, strukturunun təkmilləşdirilməsinə
və səmərəliliyinin artırılmasına təsir
edəcək.
İnvestisiya ssenarisi üzrə həyata keçiriləcək
əsas tədbirlər bir çox istiqamətləri əhatə
edəcək:
* istehsal avadanlığının yüksək
mənəvi və fiziki aşınmasının aradan
qaldırılması;
* qeyri-neft sənayesində məhsulun rəqabətqabiliyyətliliyinin
və investisiya fəallığının
artırılması;
* qeyri-neft sənayesinin sürətli
inkişafının təmin edilməsi;
* emal fəaliyyət növlərinin
stimullaşdırılması;
* restrukturizasiya və özəlləşdirmə
prosesinin sürətləndirilməsi;
* potensial satış bazarı olan və yenidən
qurulması iqtisadi cəhətdən məqsədəuyğun
sənaye müəssisələrinin fəaliyyətinin bərpası;
* müasir texnologiyalara əsaslanan sənaye
müəssisələrində beynəlxalq standartların tətbiqinə
keçidin sürətləndiriməsi;
* azad rəqabət mühitinin inkişaf etdirilməsi;
* ənənəvi milli sənaye sahələrinin
inkişafı.
Qeyri-neft
sənayesində investisiya ssenarisi yeni istehsal sahələrinin
açılması və yeni iş yerlərinin
yaradılması məqsədinin reallaşmasını da təmin
edəcəkdir. İqtisadiyyatda
klaster yanaşmasının tətbiqi və investisiya fəallığının
güclənməsi kimya kompleksinin, neft-kimya
maşınqayırma sahələrinin, aqrar-emal sektorunun əvvəlki
inkişafının bərpasına stimul verəcəkdir.
Qeyri-neft sənayesində investisiya ssenarisinin
inkişafı ilə təbii və digər resursların təsərrüfat
dövriyyəsinə cəlb edilmə imkanları genişlənəcək
və onlardan istifadənin səmərəliliyi yüksələcək.
Ölkədə innovasiya fəaliyyətinin müasir tələblər
baxımdan təşkili və inkişafı mövcud və
perspektiv innovasiya potensialını müəyyən edib qiymətləndirməyi
əsaslandırır. Qeyri-neft sənayesində innovasiyalı inkişaf
ssenarisinin seçimi aşağıdakı amillərlə
sıx bağlıdır:
* dünyada baş verən iqtisadi
böhranların dərinləşməsi;
* daxili və xarici bazarlarda məhsulların
keyfiyyətinə və istehlakına olan tələblərin
artması;
* yeni növ və rəqabətqabiliyyətli məhsulların
bazarları fəth etməsi;
* elmtutumlu, rəqabətqabiliyyətli və
ixracyönümlü məhsulların istehsalı;
* bioməhsulların istehsalı,
nanotexnologiyaların inkişafı;
* müasir texnologiyaların istehsal
imkanlarının artması;
* innovasiya infrastuktur şəbəkəsinin qurulması;
* özəl sektor-dövlət təşkilatları
arasında səmərəli kordinasiya sisteminin qurulması;
* yeni növ texnologiya və avadanlıqların mənimsənilməsi;
* kosmik və təkmil informasiya-kommunikasiya
texnologiyalarının istehsalı;
* qeyri-neft sənaye sahələri ilə
iqtisadiyyatın digər sahələri arasında səmərəli
əlaqələrin genişlənməsi;
* elm-sənaye-təhsil sistemi arasında
bağlılığın gücləndirlməsi;
* müasir sənaye sahələrinin (kosmik,
nano-texnologiyalar və s.) inkişafı, sənaye komplekslərinin
və parklaının yaradılması.
Qeyri-neft
sənayesində innovasiyalı ssenarinin tətbiqində
aşağıdakı istiqamətlərə diqqət
artırılacaqdır:
* innovasiya fəaliyyəti ilə bağlı
vahid qanunvercilik bazasının yaradılması;
* innovasiya fəaliyyətinin inkişafına dəstəyin
güclənməsi və bu sahənin təşkili və tənzimlənmə
mexanizminin inkişafı;
* avadanlıq və texnologiyaların istehsalı
və tətbiqi sahələrində müasir amortizasiya
sisteminin tətbiqi;
* innovasiya fəaliyyəti və tədqiqatları
ilə məşğul olan müəssisələr üzrə
stimullaşdırıcı maliyyə-kredit, vergi-fiskal sistemin
və tənzimləyici mexanizmlərin tətbiqi;
* təbii sərvətlərdən və əmək
resursların
dan daha
məhsuldar istifadə edilməsi;
* müəssisələrin elm və innovasiya yönümlü fəaliyyətinin, tədbirlərinin davamlı olaraq genişləndirilməsi;
* ölkədə yeni texnologiyalar, innovasiya məhsulları istehsalı fəaliyyətinin dəstəklənməsi;
* ali təhsil müəssisələrinin, elmi təşkilatların, istehsal müəssisələrinin innovasiya sahəsində birgə əlaqələrinin yaradılması.
Ölkənin qeyri-neft sənayesində innovasiya ssenarisinin tətbiqi regional inkişafın da sürətlənməsinə öz təsirini göstərəcək. Regional innovasiya fəaliyyəti əsasən müxtəlif təşkilatı-hüquqi formalı, innovasiya yönümlü müasir sənaye müəssisələrinin yaradılmasını və inkişafını, ölkədə Azad İqtisadi Zonaların yaradılmasının sürətlədirilməsini, innovasiya fəaliyyəti üzrə regional infrasturukturun və mühitin formalaşdırılmasını, regionlarda sənaye texnki parkların yaradılmasını, yerli xammal və resurslardan innovasiya və ixracyönümlü məhsul istehsalına keçidin təmin olunması və s. istiqamətləri əhatə edəcəkdir.
İsa ALIYEV,
iqtisad elmləri doktoru, professor
Azərbaycan.-2014.-
12 aprel.- S.5.