«Azərbaycan Respublikası hökuməti
və İraq Respublikası hökuməti
arasında diplomatik, xüsusi
və xidməti pasportlara malik
şəxslərin vizasız gediş-gəlişi
haqqında» sazişin təsdiq edilməsi
barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan Respublikası hökuməti və İraq Respublikası hökuməti arasında diplomatik, xüsusi və xidməti pasportlara malik şəxslərin vizasız gediş-gəlişi haqqında" 2014-cü il fevralın 10-da Bağdad şəhərində imzalanmış saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 4 aprel 2014-cü il
Azərbaycan.-2014.- 13 aprel.- S.1.