«Azərbaycan Respublikası hökuməti
və Polşa Respublikası hökuməti
arasında beynəlxalq avtomobil əlaqələri
haqqında» sazişin təsdiq edilməsi
barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan Respublikası hökuməti və Polşa Respublikası hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında" 2013-cü il noyabrın 14-də Bakı şəhərində imzalanmış saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2014-cü il
Azərbaycan.-2014.- 13 aprel.- S.1.