«Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi ilə Bolqarıstan
Respublikasının Maliyyə Nazirliyi
arasında əməkdaşlıq haqqında» sazişin
təsdiq edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Bolqarıstan Respublikasının Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında" 2014-cü il fevralın 20-də Bakı şəhərində imzalanmış saziş təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Bolqarıstan Respublikası hökumətini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 11 aprel 2014-cü il
Azərbaycan.-2014.- 13 aprel.- S.1.