«Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın fəaliyyətinin təmin edilməsi
haqqında» Azərbaycan Respublikası Prezidentinin
2005-ci il 15 sentyabr tarixli 1005 nömrəli sərəncamında
dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1005 nömrəli sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 9, maddə 825) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissə ləğv edilsin;
1.2. 2-ci hissədə "30" rəqəmi "45" rəqəmi ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 11 aprel 2014-cü il
Azərbaycan.-2014.- 13 aprel.- S.2.