«Azərbaycan Respublikası hökuməti
ilə Bolqarıstan Respublikası hökuməti arasında ətraf
mühitin mühafizəsi sahəsində
əməkdaşlıq haqqında» Anlaşma
Memorandumunun təsdiq edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikası hökuməti ilə Bolqarıstan Respublikası hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında" 2014-cü il fevralın 20-də Bakı şəhərində imzalanmış anlaşma memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən anlaşma memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin anlaşma memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Bolqarıstan Respublikası hökumətini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 11 aprel 2014-cü il
Azərbaycan.-2014.- 13 aprel.- S.1.