«Azərbaycan Respublikası hökuməti
və Cənubi Afrika Respublikası
hökuməti arasında müntəzəm diplomatik
məsləhətləşmələr haqqında» Anlaşma Memorandumunun təsdiq
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikası hökuməti və Cənubi Afrika Respublikası hökuməti arasında müntəzəm diplomatik məsləhətləşmələr haqqında" 2014-cü il fevralın 21-də Pretoriya şəhərində imzalanmış anlaşma memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən anlaşma memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin anlaşma memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Cənubi Afrika Respublikası hökumətini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 11 aprel 2014-cü il
Azərbaycan.-2014.- 13 aprel.- S.1.