«Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən Azərbaycan Respublikası hökumətinə texniki yardım göstərilməsi barədə» Yenidən baxılmış Əlavə Sazişin təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən Azərbaycan Respublikası hökumətinə texniki yardım göstərilməsi barədə" 2002-ci il sentyabrın 17-də Vyana şəhərində imzalanan Yenidən baxılmış Əlavə Saziş təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmanın 1-ci hissəsində göstərilən sazişin müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Beynəlxalq Atom Enerjisi Agentliyini xəbərdar etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 11 aprel 2014-cü il

Azərbaycan.-2014.- 13 aprel.- S.1.