Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 dekabr tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 98                    Bakı şəhəri, 8 aprel 2014-cü il

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmış təkliflərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 dekabr tarixli 229 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 12, maddə 1111; 2013, ¹ 2, maddə 193, ¹ 9, maddə 1129) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının xarici ölkədəki diplomatik nümayəndəliyinin tabeliyində olan mədəniyyət mərkəzi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1.5.13-cü bəndin birinci cümləsində "mühasib" sözü "maliyyə məsələləri üzrə attaşe" sözləri ilə, ikinci cümləsində "mühasibinin" sözü "maliyyə məsələləri üzrə attaşesinin" sözləri ilə əvəz edilsin.

2.Aşağıdakı məzmunda 5.14-cü bənd əlavə edilsin:

"5.14. Müvafiq əmək müqavilələri imzalanmaqla Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin tabeliyində olan mədəniyyət mərkəzlərində aparılan işin həcmi və xüsusiyyətlərində olan fərqlilik nəzərə alınaraq, mədəniyyət mərkəzində mühasibat uçotunu aparan və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı digər vəzifələri yerinə yetirən səfirliyin maliyyə məsələləri üzrə attaşelərinə onların aylıq əməkhaqlarının əlli faizi məbləğində əlavə əməkhaqqı ödənilir.".

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2014.- 13 aprel.- S.3.