Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş "Mobil cihazların qeydiyyatının aparılması Qaydası"nda dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetini qərarı

 

¹ 99                    Bakı şəhəri, 8 aprel 2014-cü il

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər  Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹12, maddə 1257) ilə təsdiq edilmiş "Mobil cihazların qeydiyyatının aparılması Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 4.1.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

"4.1.2. ərizəçi fiziki şəxs olduqda, onun şəxsiyyətini təsdiq edən sənədin və vergi orqanlarında uçota alınması haqqında şəhadətnamənin surəti;".

2. 4.1.3-cü yarımbənd ləğv edilsin.

3. 4.3-cü və 4.4-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

"4.3. Hüquqiya fiziki şəxslər mobil telefon cihazlarından MCQS tərəfindən mobil (sellülar) telekommunikasiya operatorları ilə birgə təşkil edilmiş vahid nömrəyə qısa mesaj (SMS) göndərməklə, mobil cihazların İMEİ nömrələrinin mövcud statusu barədə məlumat alırlar.

4.4.  Şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilən mobil cihazın qeydiyyata alınması şəxsin istəyinə uyğun olaraq həm elektron, həm də yazılı müraciət etmə üsulları ilə aparılır:

4.4.1. elektron müraciət etmə üsulu - "Elektron hökumət" portalına daxil olaraq müvafiq avtorizasiya prosesini keçməklə, mobil cihaza dair məlumatların daxil edilməsi yolu ilə yerinə yetirilir;

4.4.2. yazılı müraciət etmə üsulu - mobil cihazı ölkə ərazisinə gətirən şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən bilavasitə qeydiyyat mərkəzinə  ya mobil operatorların müştəri xidmətlərinə, yaxud poçt şöbəsinə müraciət edilməklə yerinə yetirilir. Müraciət edən şəxs şəxsiyyətini təsdiq edən sənədin əslini qeydiyyat mərkəzinə (mobil operatorların müştəri xidmətlərinə və ya poçt şöbəsinə) baxış üçün təqdim edir, gətirdiyi mobil cihazın markasını, modelini və İMEİ nömrəsini bildirməklə yanaşı, mobil cihazın qeydiyyata alınması üçün ərizə formasını (3 nömrəli əlavə) doldurur.".

4. 5.1-ci bənddə "3 (üç)" rəqəm və sözü "2 (iki)" rəqəm və sözü ilə əvəz edilsin.

5. 5.2-ci bəndə "üçün" sözündən sonra "həm elektron, həm də yazılı müraciət etmə üsullarında" sözləri,  "abunəçiyə" sözündən sonra "qısa mesaj vasitəsilə" sözləri əlavə edilsin və "3 (üç)" rəqəm və sözü "2 (iki)" rəqəm və sözü ilə əvəz edilsin.

6. 5.7-ci bəndin birinci abzasına aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Əgər mobil telefon cihazı itirilərsə və ya oğurlanarsa, bu halda İMEİ nömrəsi qara səhifəyə daxil edilməzdən əvvəl, həmin İMEİ nömrəli mobil telefon cihazı ilə istifadə edilən nömrəyə "bu mobil cihaz itirilmişdir, yaxınlıqdakı polisə könüllü surətdə təqdim etməyiniz xahiş olunur" qısa mesajı da göndərilir.".

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2014.- 13 aprel.- S.3.