Dinamik inkişaf Qaxın turizm potensialına da təsir edir
Regionların sosial-iqtisadi inkişafı III Dövlət
Proqramı
Yağışlı günlərin birində yolumuzu Qax rayonundan
saldıq. Keçib gəldiyimiz Şəki-Qax-Zaqatala
avtomobil yolunun Şəki-Qax hissəsi
2013-cü ilin 16 avqustunda
istifadəyə verilib.
Yolun açılış mərasimində
Prezident İlham Əliyev iştirak edib. Yolun üzərindəki körpü möhtəşəmliyi
ilə diqqət çəkir. Yol o qədər
rahatdır ki, şəkili Xəlil kişinin təbirincə desək, cümlənin əvvəlini Şəkidə
başlasan, xəbərini
deyincə Qaxdasan.
Qax isə dəyişir, abadlaşır, gözəlliyini
elə artırır ki, seyr etməkdən
doymursan. Qax şəhərində həyata keçirilən
tikinti-quruculuq işləri,
abadlıq tədbirləri
ilk baxışdan diqqəti
çəkir. Qarlı-yağışlı havalarda da bu şəhərin rahatlığı, səliqə-sahmanı
pozulmur. Bu dəfə də yağış maşınımızın
damını döyəcləyə-döyəcləyə
şəhərə daxil
oluruq. Axşamdan başlamış yağış ağacları,
bağ-bağatı yuyub,
yaşıllıqlarını daha da artırıb.
Qaxlılar havanın necəliyindən
asılı olmayaraq səliqəli geyinməyi
xoşlayırlar. İndi də
yaz yağışının
altında çətirli
və ya çətirsiz öz işlərinin dalınca tələsirlər.
2013-cü
ilin 16 avqustunda Qax rayonuna səfər
edən Prezident İlham Əliyev Olimpiya İdman Kompleksinin açılışında
ictimaiyyətin nümayəndələri
ilə görüşündə
demişdir: "Hər
bir yerdə inkişaf, quruculuq, abadlıq vardır. Artıq bu meyillər o qədər güclüdür
ki, indi rayonlar arasında sağlam rəqabət aparılır. Mən də
bunun tərəfdarıyam.
Hər dəfə hər yerdə deyirəm ki, çalışın
ən qabaqcıl yerlərə çıxın.
Deyə bilərəm ki, Qaxda aparılan quruculuq-abadlıq işləri
rayonu ön plana çəkibdir.
Siz də bunu bilirsiniz.
Bu da sizin
xidmətinizdir, zəhmətinizdir".
Rayon icra hakimiyyətindən
aldığımız məlumata
görə regionların
sosial-iqtisadi inkişafına
dair İkinci Dövlət Proqramında
Qaxla bağlı nəzərdə tutulmuş
22 bənddən ibarət
tədbirlərin hamısı
uğurla başa çatdırılıb. Proqrama uyğun olaraq Qax şəhərində
Qarabağ müharibəsi
əlilləri və şəhid ailələri
üçün yaşayış
binası, rayonun kəndlərində sahə
baytarlıq məntəqələri,
yeni məktəb binaları, səhiyyə obyektləri, həmçinin
Olimpiya İdman Kompleksi, süd emalı və qum-çınqıl müəssisələri,
yeni körpülər,
beton bəndlər tikilib istifadəyə verilib. Kəndlərdə qazlaşdırma işləri görülüb,
yeni artezian quyuları qazılıb.
Respublika
əhəmiyyətli və
kəndlərarası yollara,
kəndlərin giriş
hissəsinə asfalt döşənib. Yeni toxumçuluq
təsərrüfatları yaradılıb.
Görülmüş tədbirlər nəticəsində son 5 il ərzində rayonda 1730-u daimi olmaqla, 2086 yeni iş yeri açılıb.
Ötən il
yaradılan 332 yeni iş yerindən isə 328-i daimidir.
Qax həm də əsrarəngiz turizm diyarıdır. Rayon mədəniyyət
və turizm şöbəsindən verilən
məlumata görə,
ötən il
Qaxa 20 min 573 turist gəlib. Onlardan 401 nəfəri xarici turist olub. Ümumilikdə rayonda 11 turizm obyekti fəaliyyət göstərir. Səyahətə gələnlərin istirahəti
üçün lazımi
şərait yaradılır.
İldən-ilə istirahət məkanlarının
sayı artır.
Parklarda maraqlı proqramlar təşkil olunur.
"İçəribazar" Turizm Mədəniyyət Mərkəzində lazımi
infrastruktur yaradılıb. Turistlərin daha çox olduğu yay aylarında xidmətin yüksək səviyyədə
təşkili üçün
əlavə tədbirlər
görülür.
Qədim yaşayış məskəni
olan Qaxın ərazisi tarixi abidələrlə zəngindir. Mədəniyyət və turizm şöbəsində turistlər
üçün 6 istiqamətdə
marşrut hazırlanıb.
Qax Tarix-Diyarşünaslıq
Muzeyində rayonun 450
min illik tarixindən soraq verən 11296 ədəd tarixi və elmi əhəmiyyətə
malik əşya mühafizə olunur. Muzey 2012-ci ildən
UNESCO-nun Beynəlxalq Muzeylər
Şurasının üzvüdür.
Ötən il
muzey üçün
50 yeni eksponat toplanılıb.
Respublika
Nazirlər Kabinetinin 2
avqust 2001-ci il
tarixli qərarı ilə təsdiq edilmiş siyahıya əsasən, rayonda qeydiyyata götürülmüş
68 tarix və mədəniyyət abidəsindən
48-i memarlıq, 18-i arxeoloji,
2-si monumental-xatirə abidəsidir.
Bu abidələrdən 2-si dünya, 18-i ölkə,
48-i yerli əhəmiyyətlidir.
İlisu
kəndindəki "Sumuq
qala"da, Qum kəndindəki
Alban məbədində, "Kürmük" məbədində
və Qaxmuğal, Əmbərçay, Güllük,
Süskənd, Ağçay
kənd məscidlərində
bərpa işləri
görülüb. Bərpa-konservasiya
işlərinə ehtiyacı
olan tarix və mədəniyyət
abidələri də
az deyil.
Qax inkişaf
etdikcə insanların
rifah halı daha da yaxşılaşır. Ayrı-ayrı millətlərin nümayəndələri
rayonda mehriban yaşayır, çiyin-çiyinə
çalışırlar. Dövlətin rayona göstərilən
qayğısını yüksək
qiymətləndirən qaxlılar
hər bir uğurun zəhmətdən
və işgüzarlıqdan
keçdiyini də yaxşı bilirlər.
Telman NƏZƏRLI,
Azərbaycan.-2014.- 13 aprel.- S.6.