İqtisadiyyat və sənaye naziri
Siyəzən şəhərində vətəndaşları
qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırıq və tövsiyələrinə uyğun
olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri
bölgələrdə vətəndaşların qəbulunu
keçirir, onların müxtəlif məsələlərlə
bağlı müraciətlərinin müsbət həll edilməsi
üçün müvafiq tədbirlər görürlər.
AzərTAc
xəbər verir ki, aprelin 12-də iqtisadiyyat və sənaye
naziri Şahin Mustafayev Siyəzən şəhərindəki
Heydər Əliyev Mərkəzində bu rayondan və
Şabrandan olan 50-yə yaxın vətəndaşı qəbul
etmişdir.
Vətəndaşlar əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və emal sahələrinin yaradılması, əkin sahələrinin su təchizatı, sosial və digər məsələlərlə bağlı müraciət etmiş, təkliflərini bildirmişlər.
Vətəndaşların müraciətləri diqqətlə dinləyən Şahin Mustafayev İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin həlli üçün aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar vermiş, bir sıra vətəndaş müraciətləri yerindəcə həllini tapmışdır.
Nazirliyin səlahiyyətlərinə aid olmayan digər məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.
Qəbulda, həmçinin sahibkarların bir sıra təklifləri müzakirə edilmiş, heyvandarlıq və quşçuluq təsərrüfatlarının, istixanaların yaradılması, ət kəsimi və emalı müəssisəsinin təşkili və digər sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilmişdir.
Qəbulda iştirak
edən vətəndaşlar mərkəzi icra
hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə
vətəndaşları qəbulunun təşkilinə
yaradılan şəraitə görə Azərbaycan dövlətinin
başçısına minnətdarlıqlarını
bildirmişlər.
Azərbaycan.-2014.- 13 aprel.- S.4.