Azərbaycan Prezidenti İlham Əliyev Litvanın daxili
işlər
nazirinin başçılıq
etdiyi nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də
Litva Respublikasının daxili işlər naziri Dailis Alfonsas
Barakauskasın başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir.
Litvanın daxili işlər naziri Dailis Alfonsas Barakauskas Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskaytenin salamlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycana bir neçə dəfə səfər etdiyini vurğulayan litvalı nazir ötən dövr ərzində ölkəmizdə gedən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi.
Dövlətimizin başçısı ölkəmizdə bütün sahələrdə sürətli iqtisadi inkişafa nail olunduğunu məmnunluqla qeyd etdi.
Görüşdə Azərbaycan ilə Litva arasında əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Prezident Dalya Qribauskaytenin salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Litva
dövlətinin başçısına
çatdırmağı xahiş etdi.
Azərbaycan.-2014.- 15 aprel.- S.4.