Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və «Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

1. "Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə" təsdiq edilsin (Əlavə 1).

2. "Azərbaycan Respublikası Energetika Nazirliyinin strukturu" təsdiq edilsin (Əlavə 2).

3. Azərbaycan Respublikası Energetika Nazirliyinin aparatı işçilərinin say həddi 140 ştat vahidi, Dövlət Enerji Nəzarəti İdarəsinin işçilərinin say həddi 150 ştat vahidi, o cümlədən yerli bölmələrinin işçilərinin say həddi 112 ştat vahidi, Dövlət Qaz Nəzarəti İdarəsinin işçilərinin say həddi 80 ştat vahidi, o cümlədən yerli bölmələrinin işçilərinin say həddi 50 ştat vahidi müəyyən edilsin.

4. "Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 5, maddə 402; 2008, ¹ 11, maddə 970; 2009, ¹ 7, maddə 526, ¹ 12, maddə 983; 2011, ¹ 2, maddə 85; 2012, ¹ 12, maddə 1263) aşağıdakı dəyişikliklər edilsin:

4.1.  1-ci, 3-cü və 5-ci hissələr ləğv edilsin;

4.2.  2-ci və 4-cü hissələrdə "Sənaye və" sözləri çıxarılsın.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində:

5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.4. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV ,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 11 aprel 2014-cü il

Azərbaycan.-2014.- 15 aprel.- S.5.